Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025-22) 5-13-94

Astara rayonunda 20 yanvar faciəsinin 22-ci ildönümünə həsr olunmuş ümumrayon tədbiri keçirilmişdir

19 yanvar 2012 | 16:00

19 yanvar 2012-ci ildə Astara rayonunda 20 yanvar faciəsinin 22-ci ildönümü ilə əlaqədar ümumrayon tədbiri keçirilmişdir. Saat 10.30-da rayon icra hakimiyyətinin başçısı cənab T.Qaraşov, rayonun hüquq mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri və ictimaiyyət nümayəndələri şəhidlərin Astara şəhəri mərkəzindəki xatirə kompleksini ziyarət etmiş, əklil qoymuş, şəhid rəsmlərinin həkk olunduğu mərmər lövhələrin önünə tər qərənfillər düzmüşlər.
Tədbir rayon mərkəzi mədəniyyət evində ədəbi-bədii kompozisiya ilə davam etmişdir. Rayon rəhbərliyi və ictimaiyyətinin nümayəndələri mədəniyyət evinin foyesində 20 yanvar faciəsini əks etdirən kitab və rəsm sərgisi ilə tanış olmuşlar. Mədəniyyət evində əvvəlcə 20 yanvar faciəsindən bəhs edən sənədli film nümayiş etdirilmişdir. Tədbirin aparıcısı Astara Pedaqoji Kollecin dil-ədəbiyyat müəllimi Xalid Məmmədov 20 yanvar faciəsinin dəhşətləri barədə iştirakçıları məlumatlandıraraq bildirmişdir ki, həmin müdhiş qış gecəsində imperiya əsgərlərinin gülləsinə tuş gələnlərdən iki nəfəri də astaralıdır. Balaca Şahağac kənd sakini, iki uşaq atası Əliyev Çingiz Mirzəhüseyn oğlu və Səlivə kənd sakini Əsgərov Novruz Faiq oğlu.
Tədbirdə xalq şairi B.Vahabzadənin “Şəhidlər” poeması əsasında hazırlanmış ədəbi-bədii kompozisiya nümayiş etdirilmişdir.
 

Keçidlər