Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025-22) 5-13-94

Avropa İttifaqının Azərbaycandakı nümayəndəsi Astarada.

26 fevral 2014 | 16:00

25 fevral 2014-cü il tarixdə Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin Siyasi, İqtisadi, Mətbuat və İnformasiya Bölməsinin rəhbəri  Toralf Pilts Astara rayonuna səfər etmiş, rayon İcra hakimiyyətində İcra başçısı Qəzənfər Ağayevlə görüşmüşdür. O,  rayonda səmimi qarşılanmağından razılıq edərək,  Astaranın inkişaf edən Azərbaycan iqtisadiyyatına töhfəsi, rayonun iqtisadiyyatı, infrastruktur layihələr, əhalinin məşğuliyyətinin təmin edilməsi ilə əlaqədar həyata keçirilən tədbirlərlə maraqlanmışdır.

T.Pilts eyni zamanda Azərbaycanın gündən-günə artan iqtisadiyyatının Avropa məkanında maraqla izləndiyini, Azərbaycan iqtisadiyyatına investisiya maraqlarının getdikcə artdığını qeyd etmişdir.

Görüşdə Avropa ölkələri arasında sadələşdirilməsi nəzərdə tutulan viza rejiminin tətbiqi sayəsində Azərbaycana o, cümlədən Astaraya gələn turistlərin sayının xeyli artacağı, turizm və digər sahələrdə əməkdaşlığın faydası barədə fikir mübadiləsi aparılmışdır.  

Keçidlər