Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025-22) 5-13-94

Böyük Britaniya və Şimali İrlandiya Krallığı səfirinin müavini Adrian Li Astarada olmuşdur

14 mart 2014 | 16:00

13 mart 2014-cü il tarixdə Böyük Britaniya və Şimali İrlandiya Krallığının Azərbaycandakı səfirinin müavini cənab Adrian Li Astara rayonuna səfər etmiş, rayon İcra hakimiyyətində İcra başçısı Qəzənfər Ağayevlə görüşmüşdür. O, Astara rayonun təbiəti, iqtisadiyyatı, əhalinin təbii artımı və məşğuliyyəti, sosial məsələlər, həyata keçirilən və nəzərdə tutulan infrastruktur layihələr, rayonda turizmin və kənd təsərrüfatının inkişaf etdirilməsi ilə əlaqədar həyata keçirilən tədbirlərlə maraqlanmışdır. Rayonda səmimi qarşılanmağından və rayon haqqında ətraflı bilgi ilə məlumatlandırılmasından razılıq bildirən qonaq İcra başçısına minnətdarlığını bildirmişdir.
Adrian Li eyni zamanda Azərbaycanın gündən-günə artan iqtisadiyyatının dost Britaniya ölkəsi tərəfindən maraqla izləndiyini, ölkələrarası əlaqələrin daha da genişləndirilərək regionları əhatə etməsi üçün tədbirlərin həyata keçirilməsinin vacibliyini qeyd etmişdir.
Səfir müavini Yeni Azərbaycan Partiyası Astara rayon təşkilatının sədri Firudin Əhmədovla, Gənclər təşkilatının, rayon Veteranlar və Qadınlar Şurasının sədrləri ilə görüşərək gənclərin təhsili, məşğuliyyəti, asudə vaxtlarının təşkili, idmana münasibət, qadınların dövlət strukturlarında təmsili, yaşlı nəslə olan dövlət qayğısı barədə fikir mübadiləsi aparmışdır.
Adrian Li rayonun bir sıra görməli yerlərində olmuş, Astara 2 saylı çay fabrikinə gedərək müəssisənin iş rejimi, çayın emalı və istehsal prosesi ilə tanış olmuşdur.

Keçidlər