Heydər Əliyev Mərkəzində nigah mərasimi
Aprelin 25-də Astara rayonunda yeni ailə həyatı quran Astara şəhər sakinləri Bəhruz Qasımovla Günel Qasımovanın nigah mərasimləri Heydər Əliyev Mərkəzində keçirilmişdir.
Mərasim iştirakçıları xalqımızın ümummilli lideri, ulu öndər Heydər Əliyevin mərkəzdəki abidəsini ziyarət edərək önünə tər gül dəstələri qoymuşlar.
Mərkəzin geniş və yaraşıqlı foyesində davam edən nigah mərasimində nigah aktlarını imza edən xoşbəxt cütlüklər həyatlarındakı ən unudulmaz hadisənin müqəddəs bir məbəddə - Heydər Əliyev Mərkəzində keçirilməsindən iftixar duyduqlarını və bu xoş hadisəni heç zaman unutmayacaqlarını sevinclə söyləmişlər.
Rayon İcra hakimiyyəti başçısının müavini Yasəmən Rəsulova bəylə gəlini təbrik edərək xoş arzularını bildirmiş və gənc ailəyə icra hakimiyyəti adından hədiyyə təqdim etmişdir.