Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025-22) 5-13-94

20-21 may tarixlərində Astara şəhərində qadınlar arasında 3x3 basketbol üzrə Dünya Qadın Seriyasının oyunları keçiriləcək.

26 aprel 2023 | 11:47

20-21 may tarixlərində Astara şəhərində qadınlar arasında 3x3 basketbol üzrə Dünya Qadın Seriyasının oyunları keçiriləcək.

Azərbaycan Basketbol Federasiyasından verilən məlumata görə, 3x3 qadın milli komandamızla yanaşı, artıq yarışda iştirak edəcək digər seçmə komandaların da adları məlumdur. Almaniya, Çin, Polşa, Çexiya, Macarıstan, Rumıniya, Ukrayna və Avstriya 3x3 qadın yığma komandaları ilə yanaşı, Çinin "Yuanda" və yerli "Neftçi" klubu da Dünya Qadın Seriyasında mübarizə aparacaqlar.

Qeyd edək ki, FIBA tərəfindən 3x3 basketbol üzrə Dünya Qadın Seriyasında milli komandalarla yanaşı klubların da iştirak etməsinə icazə verilir.

 

https://womensseries.fiba3x3.com/2023/astara 

Keçidlər