Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025-22) 8-13-94

20 Yanvar faciəsi qurbanlarının xatirəsi ehtiramla yad edilmişdir

20 yanvar 2026 | 12:00

36 il əvvəl, 1990-cı ilin yanvarın 19-dan 20-nə keçən gecə imperiya ordusu Bakı şəhərinə soxularaq heç bir xəbərdarlıq etmədən dinc əhalini gülləbaran etdilər. O qanlı gecədə 147 nəfər əliyalın, günahsız insan amansızcasına qətlə yetirildi, 800 nəfərə qədər insan yaralandı.

1990-cı il yanvarın 21-də Azərbaycan xalqının qeyrətli oğlu Heydər Əliyev Moskvada xüsusi nəzarət altında olmasına baxmayaraq, özünün və ailə üzvlərinin həyatını təhlükə qarşısında qoyaraq oğlu, silahdaşı İlham Əliyevlə birlikdə ölkəmizin Moskvadakı daimi nümayəndəliyinə gəldi, qanlı təcavüzə etirazını bildirərək faciəni törədənləri, şəxsən Mixail Qorbaçovu kəskin ittiham edərək qoşunların Bakıdan dərhal çıxarılmasını tələb etdi. Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin bu bəyanatı həm də faciəyə verilən ilk siyasi qiymət idi.  

Yanvarın 20-də Astara Rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayev, YAP rayon təşkilatının, hüquq-mühafizə orqanlarının, idarə və müəssisələrin rəhbərləri, şəhid ailələri, qazilər, müharibə iştirakçıları, ictimaiyyət nümayəndələri Astara şəhərində Şəhidlərin Xatirə Kompleksini ziyarət edərək Vətənin müstəqilliyi uğrunda şəhid olanların xatirəsini böyük hörmət və ehtiramla yad etmiş, xatirə lövhələrinin önünə qərənfillər düzmüşlər. 

Saat 12:00-da rayon ərazisində bayraqlar endirilmiş, nəqliyyatın hərəkəti dayandırılaraq şəhidlərin xatirəsi sükutla yad edilmişdir.

Keçidlər