Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025-22) 5-13-94

Astara rayonunda 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və Yeni il bayramı münasibətilə tədbirlər keçirilmişdir

30 dekabr 2011 | 16:00

30 dekabr 2011-ci il tarixdə “Şindan şadlıq sarayında 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və Yeni il bayramı münasibətilə keçirilən ümumrayon tədbirində rayon icra hakimiyyətinin başçısı cənab Taleh Qaraşov, rayonun hüquq mühafizə orqanlarının rəhbərləri iştirak etmişlər. Tədbirdə 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və Yeni il bayramı münasibəti ilə rayon İcra Hakimiyyəti başçısının rayon əhalisinə təbriki oxunmuşdur.
İctimai-siyasi fəallığına, əmək fəaliyyətinə və digər çalışdığı sahədə xüsusi nailiyyətlərinə görə “İlin adamı” elan olunmuş 13 nəfər rayon İcra Hakimiyyəti başçısı tərəfindən Fəxri Fərman və hədiyyələrlə mükafatlandırılmışdır.
Rayon İcra Hakimiyyəti başçısı cənab T.Qaraşov 2011-ci ildə ölkəmizdə və rayonumuzda qazanılan nailiyyətlər, 2012-ci ildə qarşıda duran vəzifələr barədə danışmış, bu bayramlar münasibəti ilə bütün rayon əhalisini bir daha təbrik etmişdir.
Tədbirin aparıcısı Rayon Təhsil Şöbəsinin müdirinin müavini Faiq Həsənov iştirakçılara məlumat verərək qeyd etmişdir ki, 2011-ci ildə rayonumuzda Astara-Bala Şahağac yolu, Astara Beynəlxalq Qaz Kompressor Stansiyası, Gənclər evi, Bayraq meydanı, H.Əliyev Mərkəzi, bir neçə yeni məktəb binasının açılışları olmuş, Astara Olimpiya İdman Kompleksi, Rayon Mərkəzi Xəstəxanası, Suparibağ, Rudəkənar, şəhər 7 saylı məktəb, 2 saylı Uşaq bağçasında tikinti işləri davam etdirilir. Bundan əlavə YAP rayon təşkilatı üçün inzibati bina, Kijəbə qəsəbəsində Bayraq meydanı inşa edilmiş, 10 km yol çəkilmişdir. Rayonda tikinti-quruculuq, abadlıq işləri müvəffəqiyyətlə davam etdirilir.
Rayon Qadınlar Şurasının sədri Bəsti Əliyeva, Əməkdar Kənd Təsərrüfatı işçisi Həsən İbrahimov, Səncərədi kənd kitabxanasının müdiri Sakitə Əliyeva, Astara Pedaqoji Kollecinin direktoru Əlihəsən Həmzəyev, YAP rayon Gənclər Təşkilatının sədri Rəsul Nəsirov, Təhsil işçiləri Həmkarlar Təşkilatının sədri Laləzar Qurbanova, gənc həkim Aliyə Cavadova təbrik sözü söyləmişlər.
Tədbirdə rayonun Mədəniyyət müəssisələrinin özfəaliyyət kollektivləri maraqlı konsert proqramı ilə çıxış etmişlər.
Bayram günlərində Heydər Əliyev parkında, Uşaq Əyləncə Mərkəzində Şaxta baba və qar qızın iştirakı ilə yolka şənlikləri keçirilmişdir.

Keçidlər