Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025-22) 5-13-94

Rayon İcra hakimiyyəti başçısı Q.Ağayevin Lomin kənd əhalisi ilə görüşü.

13 iyun 2014 | 15:00

 

Astara rayonunun ən ucqar dağlıq ərazisində yerləşən Pəlikəş İnzibati ərazi dairəsinin Lomin kəndində rayon İcra hakimiyyətinin başçısı Q.Ağayevin iyunun 12-də əhali ilə görüşü olmuşdur.

Kənd sakinləri ilə görüşü giriş sözü ilə açan İcra başçısı tədbir iştirakçılarını salamlamış bu görüşdən məmnunluğunu bildirmişdir. İcra başçısı qeyd etmişdir ki, Pəlikəş kəndində əhali ilə keçirilən görüşlər zamanı qaldırılan təkliflərin həyata keçirilməsi üçün əməli işlər görülmüş, xüsusən dağ kəndlərinin avtomobil yollarının əsaslı təmiri və yenidən qurulması məqsədilə konkret tədbirlər görülmüşdür. Yaxşı yadımdadır, Pəlikəş kənd sakinləri ilə ilk görüşdə Deqədi-Pəlikəş avtomobil yolunun tikilib asfaltlaşdırılacağı barədə fikirlərimi bildirəndə çoxları inanmamışdı. Möhtərəm Prezidentimiz İlham Əliyevin 12 sentyabr 2013-cü il tarixli Sərəncamı ilə əlaqədar Deqədi-Pəlikəş avtomobil yolunun tikintisində xeyli iş görülmüşdür. Bu gün hamı sevinir. Ona görə ki, artıq Ağ körpüdən başlayaraq əsaslı şəkildə yenidən qurulmuş yola asfalt döşənilməsinə başlanılmışdır. Bu, doğrudan da, bu ərazidə yaşayan sakinlər üçün böyük xoşbəxtlikdir. İllərdən bəri həsrətində olduğunuz Deqədi-Pəlikəş avtomobil yolunun tikintisi tarixi hadisədir. Ulu Öndər Heydər Əliyevin uzaqgörən siyasətinin nəticəsi olaraq respublikamızın hər yerində, eləcə də, rayonumuzda abadlıq və quruculuq işləri geniş vüsət alır. Hətta ən ucqar dağ kəndlərinə belə rahat yollar çəkilir, yeni məktəb binaları inşa edilir. Yaxın gələcəkdə Siyaku-Toradi avtomobil yolunda da tikinti işlərinə başlanılacaqdır.

Kənd sakinlərindən Nəbi Xalıqov, Xaqani Xalıqov, Fazil Nabatov, Rəsul Əzizov, Talıb Salayev, Məcid Məcidov və başqaları çıxış edərək ucqar dağ kəndinə əhali ilə görüşə gəldiyinə görə icra başçısına minnətdarlıqlarını, son iki il ərzində rayon mərkəzində, qəsəbə və kəndlərimizdə aparılan genişmiqyaslı abadlıq işlərindən razılıqlarını, xüsusən dağ kəndlərinin sosial problemlərinin həlli, ən başlıcası isə aparılan quruculuq işləri ilə əlaqədar ölkə başçısı cənab İlham Əliyevə dərin təşəkkürlərini bildirmişlər.

Görüşdə kənd sakinləri elektrik xətlərinin təmiri, mədəniyyət və səhiyyə müəssisələrinin tikintisi və telefon çəkilişi ilə əlaqədar təkliflər vermişlər.

Görüşü yekunlaşdıran İcra başçısı respublikamızın hər yerində geniş miqyaslı tikinti işlərinin aparıldığını, Regionların sosial-iqtisadi inkişaf Dövlət Proqramlarının uğurla icra olunduğunu diqqətə çatdırmışdır. Möhtərəm Prezidentimiz İlham Əliyevin müdrik rəhbərliyi ilə Azərbaycan bütün dünyada böyük nüfuz qazanmışdır. İqtisadiyyatın digər sahələrində olduğu kimi mədəniyyət və idman sahəsində də qazanılan uğurlar diqqəti cəlb edir. Azərbaycan son illər ən mötəbər beynəlxalq tədbirlərə ev sahibliyi edir. Düz bir ildən sonra ölkəmizdə Birinci Avropa Olimpiya oyunları başlanacaqdır. Avropa ölkələrindən 6 mindən çox atlet bu yarışlarda iştirak edəcəkdir.

Bəli, respublikamız ilbəil daha yüksək nailiyyətlər qazanır. Bunu hətta əyalətlərdə, ən ucqar dağ kəndlərində də görmək mümkündür. Bu gün Pəlikəş ərazi nümayəndəliyində yeni-yeni məktəb binalarının istifadəyə verilməsi, beynəlxalq standartlara cavab verən Deqədi-Pəlikəş avtomobil yolunun tikintisi dediklərimizə sübutdur. İndi əsas vəzifə istifadəyə veriləcək avtomobil yolunu qorumaq və mühafizə etməkdir. Yaxın gələcəkdə dağ kəndlərində digər sosial problemlərin həllinə nail olacağıq. 

Keçidlər