Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025-22) 5-13-94

Deqədi-Pəlikəş avtomobil yolunun asfaltlaşdırılmasına başlanıldı.

13 iyun 2014 | 15:00

 

Prezidentin Sərəncamı uğurla yerinə yetirilir.

Məlum olduğu kimi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 12 sentyabr 2013-cü il tarixli Sərəncamı ilə Deqədi-Pəlikəş avtomobil yolunun tikintisinə bu ilin mart ayından başlanmışdır. Ötən müddət ərzində həmin yolda gərgin iş qrafiki əsasında ən müasir texnikadan və ağır tonnajlı yük maşınlarından istifadə etməklə xeyli iş görülmüşdür. 21 km məsafəni əhatə edəcək avtomobil yolunun yarıdan çoxunda – Ağ körpü kəndinə qədər olan ərazidə bütün işlər yüksək standartlara uyğun aparılmış, əksər yerlərdə qayalıqlar dağıdılmış, yollar genişləndirilmişdir. Deqədi-Pəlikəş avtomobil yolunun tikintisinə cəlb olunmuş texnikadan ərazidəki digər dağ yollarının bərpasında istifadə olunmuşdur.

İyunun 12-də Deqədi-Pəlikəş avtomobil yolunun Ağ körpü ərazisindən başlayaraq asfaltlaşma işlərinə başlanılmışdır. Onlarla ağır tonnajlı yük maşınları, asfaltyayan və asfaltbərkidən texnika və xeyli işçi qüvvəsi səfərbərliyə alınmaqla asfaltlaşma işlərinin yüksək keyfiyyətlə aparılmasına hər cür şərait yaradılmışdır.

Sübh tezdən Pəlikəş və Kijəbə inzibati ərazi nümayəndəliklərinə daxil olan kəndlərin sakinləri böyük sevinclə Ağ körpüyə gəlmiş və illərdən bəri arzularının reallaşmasından hədsiz razılıqlarını ifadə etmişlər. Rayon İcra hakimiyyəti başçısı Q.Ağayevi böyük sevinc və ruh yüksəkliyi ilə qarşılayan yerli sakinlər onlara bu xoşbəxtliyi nəsib etdiyinə görə, ilk növbədə Ölkə başçısı İlham Əliyevə, rayon İcra hakimiyyətinin başçısı dərin təşəkkür və minnətdarlıqlarını bildirmişlər.

Ağ körpü kəndinə toplaşan sakinlərlə görüşdə rayon icra hakimiyyətinin başçısı Q.Ağayev rayonumuzun tarixində əlamətdar hadisə olan Deqədi-Pəlikəş avtomobil yolunun asfaltlaşdırılması münasibətilə hamıya gözaydınlığı verdi, ən xoş arzularını bildirdi. Bu tarixi hadisə münasibətilə təbrik etdi. 

Keçidlər