Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025-22) 5-13-94

Astara rayonunda uşaq futbolunun inkişafı ilə əlaqədar tədbir keçirilmişdir

23 sentyabr 2014 | 15:00

23 sentyabr 2014-cü il tarixdə Astara rayon Olimpiya İdman Kompleksində “Açıq Əyləncəli Uşaq Futbol Məktəbi” layihəsi çərçivəsində idman tədbiri keçirilmişdir.
Tədbirdə millət vəkili, Azərbaycan Respublikası Milli Məclisi sədrinin birinci müavini Ziyafət Əsgərov, Milli Məclisin deputatı, AFFA-nın I vitse-prezidenti, Açıq Əyləncəli Futbol Məktəblərinin Azərbaycan üzrə rəhbəri Rauf Əliyev, Astara rayon İcra hakimiyyətinin başçısı Qəzənfər Ağayev iştirak etmişlər.
Rayonun şəhər, qəsəbə, kənd ümumtəhsil məktəblərinin 6-13 yaş arasında olan oğlan və qızların, onların məşqçiləri və təlimatçıların cəlb olunduğu, ümumilikdə 190 nəfər məktəblinin iştirak etdiyi idman tədbirini rayon Gənclər İdman idarəsinin rəisi Ərçə Əliyev açmış, qonaqları təqdim etmişdir.
Musiqili-əyləncəli idman bayramına Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə start verilmişdir. 
Azərbaycan Respublikası Milli Məclisi sədrinin birinci müavini Ziyafət Əsgərov, AFFA-nın I vitse-prezidenti, Açıq Əyləncəli Futbol Məktəblərinin Azərbaycan üzrə rəhbəri iştirakçıları salamlayaraq idman bayramı münasibətilə onları təbrik etmişlər. İdmanın bütün növlərinə, o cümlədən futbola ölkəmizdə dövlət səviyyəsində böyük diqqət və qayğının olduğu, ölkə Prezidenti möhtərəm cənab İlham Əliyevin gənclərin sağlam yetişməsi üçün həyata keçirdiyi tədbirlər, qəbul edilən Dövlət Proqramları barədə məlumat vermişlər.
Astara rayon İcra hakimiyyətinin başçısı Qəzənfər Ağayev qonaqlara tədbir iştirakçıları adından minnətdarlıq edərək beşinci dəfə rayonumuzda “Açıq Əyləncəli Uşaq Futbol Məktəbi” layihəsi çərçivəsində keçirilən bu idman bayramının yetişməkdə olan gənc nəslin sağlam böyüməsində müsbət əhəmiyyətini qeyd etmişdir.
Xalqımızın ümummilli lideri Ulu Öndər Heydər Əliyevin siyasi varisi, ölkə Prezidenti möhtərəm cənab İlham Əliyevin xeyir-duası ilə istifadəyə verilmiş Astara İdman Olimpiya Kompleksində keçirilən idman tədbirləri sırasında bu layihənin xüsusi əhəmiyyəti olduğu vurğulanmışdır. İcra başçısı bu cür idman tədbirlərinin keçirilməsinin sağlam gəncliyin yetişməsində müstəsna rolunu qeyd etmiş, layihənin iştirakçısı olan gənclər arasında gələcəyin beynəlxalq idman yarışlarının, dünya və olimpiya çempionlarının iştirakçılarının yetişəcəyinə inandığını vurğulamış, məktəblilərə uğurlar arzulamışdır.
Tədbir müəyyən olunmuş proqram əsasında davam etmişdir.

Keçidlər