Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025-22) 5-13-94

Vətəndaşlar göstərilən qayğı və diqqətdən razıdırlar

20 noyabr 2014 | 16:00

Astara rayonunda İcra hakimiyyəti başçısının hər bir yaşayış məntəqəsində əhali ilə keçirdiyi səyyar qəbul və görüşlərin ənənəvi xarakter alması vətəndaşların razılığına səbəb olmuşdur. Açıq etiraf etmək lazımdır ki, hər bir səyyar qəbul və görüşdən sonra vətəndaşların qaldırdıqları problem və təkliflərin bir çoxu operativ şəkildə yerinə yetirilir, digərlərinin həlli ilə əlaqədar aidiyyəti təşkilatların rəhbərlərinə tapşırıqlar verilir, icrası nəzarətə götürülür.
Noyabrın 20-də Astara rayon İcra hakimiyyətinin başçısı Qəzənfər Ağayev Şuvi kənd inzibati ərazi dairəsi nümayəndəliyində Siyatük, Səlivə, Deqədi, Sərək kəndlərinin sakinləri ilə səyyar qəbul-görüş keçirmişdir. Yeni tikilmiş Şuvi kənd tam orta məktəbinin akt zalında keçirilən bu tədbirdə rayonun inzibati orqanları, idarə, müəssisə rəhbərləri ilə yanaşı 150-dən çox sakin iştirak etmişdir.
Rayon İcra hakimiyyəti başçısının Şuvi İƏD üzrə nümayəndəsi Səfail İmaməliyev əvvəlki səyyar qəbul görüşdən sonra ərazidə görülən abadlıq və quruculuq işləri barədə ətraflı məlumat verdi. Qeyd olundu ki, 5210 nəfər əhalisi olan nümayəndəlikdə 1248 təsərrüfat vardır. Əhalisinin əsas məşğuliyyəti əkinçilik, heyvandarlıq, arıçılıqdır. “Astara bağları” MMC-nin bu ərazidəki yeni çay plantasiyalarında 300 nəfərədək kənd sakini işləyir. 96 hektar çay, 75 hektar feyxoa, 4 hektar naringi sahəsində bol məhsul yetişdirilir. Son bir ildə nümayəndəliyinin 4 kəndi qazlaşdırılmış, Ərçivan-Şuvi-Alaşa avtomobil yolu asfaltlaşdırılmış, Şuvi kənd tam orta məktəbi üçün 480 şagird yerlik müasir tipli yaraşıqlı bina tikilmişdir. Bütün bunlara görə kənd sakinləri Azərbaycan Respublikasının Prezidenti Möhtərəm cənab İlham Əliyevə, çox hörmətli icra başçısı Qəzənfər Ağayevə dərin təşəkkür və minnətdarlıqlarını bildirmişdir.
Kənd sakinlərindən Əbülfət Qüdrətov, Nailə İbrahimova, Hacı Mahmudov Məmmədov, Ağasən Əliyev, Səməd Qasımov, Şairağa Əsgərov, Nurəddin Sadıxov, Sveta Məmmədova, Manaf Baxşiyev və başqaları çıxış edərək nümayəndəlikdə aparılan geniş abadlıq və quruculuq işlərindən hədsiz razılıqlarını bildirməklə yanaşı, bir sıra həlli vacib olan problemləri də diqqətə çatdırmışlar. Fərdi yaşayış evinin tikintisinə köməklik göstərilməsi xahiş edilmiş, ərazidə bəzi yerlərdə elektrik dirəklərinin dəyişdirilməsinə, Şuvi-Səlivə yolunun təmirinə, kənd qəbiristanlığının abadlaşdırılmasına ehtiyacın olduğu bildirilmişdir.
Rayon İcra hakimiyyətinin başçısı Qəzənfər Ağayev ötən dövr ərzində Şuvi kənd ərazi nümayəndəliyində xeyli abadlıq və quruculuq işlərinin görüldüyünü, xüsusən, keçmiş  SSRİ dövründə qaz verilməyən 4 kəndə qaz çəkilişinin başa çatdırıldığını, Şuvi kənd tam orta məktəbinin yeni binasının tikintisini sakinlər üçün əsl hədiyyə olduğunu diqqətə çatdırmışdır. Əlbəttə, bütün bunlara görə biz, ilk növbədə möhtərəm Prezidentimizə minnətdar olmalıyıq. Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş siyasəti uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müdrik rəhbərliyi ilə respublikamızın hər yerində geni miqyaslı layihələr yerinə yetirilir, quruculuq və abadlıq işləri sürətlə aparılır. Daha çox fərəh doğuran hal odur ki, Möhtərəm Prezidentimizin 2013-cü ilin sentyabr ayında rayonumuza tarixi səfəri zamanı bır sıra mühüm obyektlərlə yanaşı, Əçivan-Şuvi-Alaşa-Qapıçıməhəllə avtomobil yolunun açılışında şəxsən iştirak etmişdir. Məhz bu səfərindən sonra rayon ictimaiyyətinin təklifləri əsasında Deqədi-Pəlikəş avtomobil yolunun asfaltlaşdırılması məqsədilə vəsait ayrılması barədə Sərəncam imzaladı. Bax belə bir faktın özü sübut edir ki, ölkə Prezidenti daim xalqımızın sosial problemlərinin həlli üçün çalışır.
Respublikamızın hər yerində olduğu kimi, rayonumuzda da quruculuq və abadlıq işləri sürətlə davam etdirilir. Rayon mərkəzi, qəsəbə və kəndlərinin günbəgün simalarını dəyişir, daha gözəl, daha yaraşıqlı, daha füsunkar olur. Astara şəhərində Xəzər dənizinin sahilində ən müasir memarlıq üslubunda park-bulvarın tikintisi hamının böyük marağına səbəb olmuşdur. Gələn ilin yay mövsümünə qədər tikintisi başa çatacaq bu park-bulvar Astaranın həqiqi bəzəyi olacaqdır. Astarada turizmin hərtərəfli inkişafı üçün gözəl imkanlar vardır. Biz Astaranın daha abad, daha gözəl olması üçün bundan sonra da var qüvvəmizi sərf edəcəyik.

Keçidlər