Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025-22) 5-13-94

31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə ümumrayon tədbiri keçirilmişdir.

31 dekabr 2014 | 16:00

 

 

31 dekabr 2014-cü il tarixdə Astara şəhərinin mərkəzində Heydər Əliyev parkında quraşdırılmış yolkanın ətrafında rayon rəhbərliyinin və əhalinin iştirakı ilə 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə bayram konserti təşkil olunmuşdur. Minlərlə rayon sakini və qonaqlar mərkəzi meydanda toplaşaraq, musiqiçilərin canlı ifalarını və burada quraşdırılmış geniş ekranlı monitordan respublika televiziya kanallarından birbaşa yayımlanan musiqi nömrələrini seyr edərək bayramı qeyd etmişlər. Tədbir zamanı ölkə başçısı Möhtərəm cənab İlham Əliyevin  31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə dünya azərbaycanlılarına təbrikinin canlı nümayişi iştirakçılar tərəfindən rəğbətlə qarşılanaraq, onlara unudulmaz anlar yaşatmışdır.

Bayram tədbiri möhtəşəm atəşfəşanlıqla başa çatmışdır.

Sakinlər yüksək səviyyədə təşkil olunmuş bayram tədbirinə görə rayon rəhbərliyinə minnətdarlıqlarını bildirmişlər.

Rayonda Yeni il şənliyi  04 yanvar 2015-ci il tarixə kimi davam edəcəkdir. 

Keçidlər