Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025-22) 5-13-94

YAP Astara rayon təşkilatı Gənclər Birliyinin IV konfransı

05 mart 2015 | 16:00

 

Martın 5-də Yeni Azərbaycan Partiyası Astara rayon təşkilatı Gənclər Birliyinin IV hesabat-seçki konfransı keçirilmişdir.

Tədbir iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoymuşlar.

YAP Astara rayon təşkilatının qərargahında keçirilən konfransını rayon təşkilatının sədri Firudin Əhmədov açmışdır. O, Yeni Azərbaycan Partiyası yarandığı gündən  gənclərin qarşısında qoyulmuş şərəfli və məsuliyyətli vəzifələrdən bəhs etmiş, Azərbaycan Respublikasının müstəqilliyinin qorunması, demokratik hüquqi dövlətin formalaşdırılması, ölkənin ərazi bütövlüyünün və təhlükəsizliyinin  təmin edilməsi, Azərbaycanın müharibə vəziyyətindən çıxması, Qarabağ probleminin həlli, ölkənin vətəndaşları üçün firavan həyat şəraiti yaratmaq kimi çoxsahəli və mürəkkəb vəzifələrindən danışmışdır.

YAP Astara rayon təşkilatı Gənclər Birliyinin sədr müavini R.Əliyev ötən dövr ərzində təşkilatın gördüyü işlər barədə məruzə etmişdir.

Çıxış edən K.Nəsirova, A.Məmmədova, E.Fətəliyev, C.Rəfiyeva, M.Məmmədova onlara göstərilən etimadı doğrultmaq üçün daha böyük səylə çalışmağın vacibliyini diqqətə çatdırmışlar. YAP Astara rayon təşkilatı Gənclər Birliyinin ötən dövr ərzində gördüyü işlər qənaətbəxş hesab edilmişdir.

YAP Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə bir daha dövlətimizin gənclərə göstərilən diqqət və qayğının bu gün ən yüksək  səviyyədə olduğunu vurğuladı.

“Gənclər Günü”nün təsis edilməsi onların fəallığının artırılması, asudə vaxtlarının səmərəli təşkili, beynəlxalq əlaqələrin genişlənməsi Yeni Azərbaycan Partiyasının tərkibində əsas yer tutduqları, əhəmiyyətli layihələrin gerçəkləşdirilməsi istiqamətində həyata keçirilən tədbirlərdə fəal iştirak etmələri onlara göstərilən etimadın bariz nümunəsidir.

YAP Astara rayon təşkilatı Gənclər Birliyinin konfransında YAP Mərkəzi Aparatının məsul işçisi Məcid Əhmədov çıxış edərək ölkəmizdə keçirilən seçki proseslərindəki uğurlardan, partiya sıralarında birləşən gənclərin ictimai-siyasi fəallığının artırılmasından danışıb.

Sonra gündəlikdə olan təşkilati məsələlərə baxılıb. Tural Eyvazov YAP Astara rayon təşkilatı Gənclər Birliyinin sədri, Kəmalə Nəsirova və Suslan Abbasov sədr müavinləri seçiliblər. 19 nəfərdən ibarət Şuranın, 9 nəfərdən ibarət İdarə Heyətinin tərkibi təsdiqlənib. Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin IV konfransına 3 nəfər nümayəndə seçilib.

Keçidlər