Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025-22) 5-13-94

Heydər Əliyev Mərkəzində qadınlarla görüş

06 mart 2015 | 16:00

 

Heydər Əliyev Mərkəzində 8 mart Beynəlxalq Qadınlar Günü ərəfəsində şəhid anaları və rayonun fəal  qadınları ilə görüş keçirilmişdir. Tədbirdə rayon İcra Hakimiyyəti başçısının müavini Yasəmən Rəsulova çıxış edərək Ulu Öndər Heydər Əliyevin və onun siyasi kursunu uğurla davam etdirən cənab Prezident İlham Əliyevin qadınlara göstərdiyi yüksək qayğı və diqqətdən, qadınların ölkənin ictimai-siyasi həyatındakı rolundan geniş söhbət açmışdır.

Çıxış edənlər göstərilən yüksək diqqət və qayğıya görə ölkə Prezidenti cənab İlham Əliyevə öz dərin təşəkkür və minnətdarlıqlarını bildirmiş, həmişə olduğu kimi dövlətə və dövlətçiliyə sadiq olan astaralı qadınların bundan sonra da rayon rəhbərliyinin ətrafında sıx birləşərək, ölkə başçısının apardığı müdrik və uzaqgörən siyasəti sayəsində çiçəklənən Azərbaycanımızın daha da inkişafı naminə öz layiqli töhvələrini verəcəklərini əminliklə qeyd etmişlər.

         Şirniyyat stolu arxasında keçirilmiş səmimi və işgüzar görüş tədbir iştirakçılarına xoş təsir bağışlayıb.

Keçidlər