Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025-22) 5-13-94

Astara rayonunda Xocalı faciəsinin 20-ci ildönümünə həsr olunmuş ümumrayon tədbiri keçirilmişdir

24 fevral 2012 | 16:00

24 fevral 2012-ci il tarixdə Astara rayonunda Xocalı faciəsinin 20-ci ildönümü ilə əlaqədar ümumrayon anım tədbiri keçirilmişdir. Rayon icra hakimiyyətinin başçısı cənab T.Qaraşov şəhidlərin xatirə kompleksinin önünə əklil və tər qərənfillər qoymuşdur.
Rayonun hüquq mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların, məktəblərin kollektivləri, inzibati ərazi dairəsi nümayəndələri, bələdiyyələr, ictimaiyyət nümayəndələri şəhidlərin xatirə kompleksini ziyarət etmiş, şəhid rəsmlərinin həkk olunduğu mərmər lövhələrin önünə tər qərənfillər düzmüşlər.
Tədbir rayon icra hakimiyyətinin iclas zalında elmi-praktiki konfransla davam etmişdir. İcra hakimiyyətinin başçısı Taleh Qaraşov giriş sözü ilə tədbiri açaraq XX yüzilliyin sonunda erməni vəhşilərinin köməksiz, silahsız insanlara qarşı törətdikləri Xocalı soyqırımının dəhşətləri barədə ətraflı məlumat verərək qeyd etdi ki, bu faciənin beynəlxalq miqyasda tanınması üçün təəssüflər olsun ki, uzun müddət heç bir iş görülməmişdir. Yalnız ümummilli lider Heydər Əliyevin qətiyyəti sayəsində Xocalı soyqırımına hüquqi-siyasi qiymət verildi və 1994-cü il fevralın 24-də Xocalı soyqırımı ilə bağlı qərar və bəyanat qəbul edilərək dünya parlamentlərinə, beynəlxalq təşkilatlara göndərildi. Bunun nəticəsidir ki, hazırda dünyanın bir çox ölkələrində Xocalı soyqırımı günündə dini ayinlər və anım tədbirləri həyata keçirilir, Xocalı şəhidlərinin ruhuna dualar oxunur.
Biz inanırıq ki, bu siyasəti uğurla davam etdirən ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə Xocalı və Azərbaycanın işğal altında olan bütün torpaqları geri alınacaqdır. Bunu Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması istiqamətində aparılan işlərin getdikcə geniş miqyas alması və Azərbaycanın gündən-günə beynəlxalq miqyasda artan nüfuzu bir daha təsdiq edir.
Rayon icra hakimiyyəti başçısının müavini Natiq İbadov geniş məruzə ilə çıxış edərək, Xocalı faciəsi barədə iştirakçıları məlumatlandırmışdır.
RİH-nin şöbə müdiri, “Xocalım-ağrım mənim” kitabının müəllifi şair Mərasim Hacızadə, Astara rayon Məhkəməsinin sədri İsmayıl Abdurəhmanlı, Kijəbə qəsəbə tam orta məktəbin müəllimi, Azərbaycanın “Əməkdar Müəllimi” Azər Kişiyev, Təhsil İşçiləri Azad Həmkarlar Təşkilatının sədri Laləzar Qurbanova, Astara Pedaqoji Kollecin müəllimi Ruslan Əliyev tədbirdə çıxış etmişlər.

 

Keçidlər