Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025-22) 5-13-94

Ulu öndər irsi həvəslə öyrənilir.

17 aprel 2015 | 15:00

 

Heydər Əliyev Mərkəzində rayonun ümumtəhsil məktəblərinin XI sinif şagirdlərinə dərsdənkənar məşğələ kimi müasir Azərbaycan tarixi haqqında daha dolğun və əhatəli məlumatların verilməsindən ötrü tarix dərsləri tədris olunur.  

“Heydər Əliyev və müasir Azərbaycan tarixi”, “1969-1982-ci illər Azərbaycanda intibah dövrü idi”, “Heydər Əliyev bəşəri düşüncələrin daşıyıcısı idi”, “Xilaskarlıq missiyası”, “Əbədilik simvolu”, “Ulu Öndərin ideyaları ölməzdir” və sair mövzularda dərsləri rayonun qabaqcıl  fənn müəllimləri tədris edirlər. Dərslərdə Azərbaycanın dövlət müstəqilliyinin bərpa edilməsinin XX əsrdə xalqımızın ən böyük nailiyyəti olması, Azərbaycanda dövlət quruculuğu sahəsində ulu öndər Heydər Əliyevin genişmiqyaslı fəaliyyəti, bu yolda qarşıya çıxan maneə və çətinliklərin dəf olunması, ölkədə siyasi sabitliyin və iqtisadi dirçəlişin yaranması barədə məlumatlar verilir. "Əsrin müqaviləsi"nin imzalanmasının ölkədə iqtisadi dirçəlişin  əsası olması, ulu öndərin hüquqi və demokratik dövlət quruculuğunu həyata keçirməsi, ordu quruculuğu, xarici siyasətdə uğurlar, müxtəlif sahələrdə islahatlar və başqa məsələlər konkret faktlar əsasında şagirdlərə  çatdırılır.

Dərslərdə həmçinin ümummilli lider Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin  geniş diapazonlu fəaliyyəti, Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun  getdikcə artması,  həyata keçirilən sosial-iqtisadi layihələr, qazanılan uğurlar haqqında dolğun məlumatlar  verilir. Ölkəmizdə əldə edilmiş siyasi sabitlik və davamlı inkişaf vətəndaşların maddi-rifah halının daha da yaxşılaşdırılması məqsədilə həyata keçirilən tədbirlər tutarlı faktlarla şagirdlərə çatdırılır. 

Keçidlər