Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025-22) 5-13-94

Xeyirxah təşəbbüs: “Astaramızı təmiz saxlayaq!”

17 aprel 2015 | 15:00

 

Son illərdə Astara rayonunda abadlıq və quruculuq işləri geniş vüsat almışdır. Asfalt yollar, yeni salınmış park və xiyabanlar göz oxşayır. Rayon mərkəzində salınmış dənizkənarı park-bulvarın gözəlliyi təkcə astaralıları deyil, bura gələn bütün qonaqları heyran edir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 11-də Astara rayonuna səfəri zamanı dənizkənarı park-bulvar kompleksində yaradılan şəraitlə tanış olmuş, rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə Astarada aparılan abadlıq işlərini alqışladığını söyləmişdir. Bunun insanların rahatlığı, istirahəti üçün gözəl bir təşəbbüs olduğunu vurğulayaraq gözəllik, müasirlik, insanların rahat yaşaması üçün edilən gözəl hədiyyə kimi dəyərləndirmişdir.

Möhtərəm Prezidentimizin Astara haqqında dediyi bu xoş sözlər sakinlərimizi ruhlandıraraq park və xiyabanlarda, dənizkənarı bulvarda təmizliyin və səliqə-sahmanın qorunması üçün əllərindən gələni edirlər.

Astara məktəbliləri çox xeyirxah təşəbbüs irəli sürmüşlər. “Astaramızı təmiz saxlayaq!” devizi ilə rayon məktəblərinin şagird kollektivləri vaxtaşırı olaraq park və xiyabanlarda, dənizkənarı bulvarda olur, abadlıq və səliqə-sahman yaratmaq üçün köməklərini əsirgəmir, ətrafı zibilliklərdən təmizləyir, bitkilərin suvarılması, mühafizəsi və qorunmasını təmin  edirlər. Aprelin 17-də şəhər 1, 3 və 6 saylı tam orta məktəblərin bir qrup şagirdi öz təşəbbüsləri ilə dənizkənarı park bulvarda olmuş, “Astaramızı təmiz saxlayaq!” təşəbbüsünə qoşularaq ətrafın təmizlənməsi məqsədilə səliqə-sahman yaratmışlar.   

Keçidlər