Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025-22) 5-13-94

Astara rayonunda “Sahibkarlığın güzəştli kreditləşdirilməsi məsələləri”nə dair işgüzar forum keçirilib

16 aprel 2015 | 15:00

 

Aprelin 16-da Astara rayonunun Vaqo kəndində Azərbaycan Respublikası İqtisadiyyat və Sənaye Nazirliyi Sahibkarlığa Kömək Milli Fondu tərəfindən “Sahibkarlığın güzəştli kreditləşdirilməsi məsələləri”nə dair işgüzar forum keçirilib. Forumun məqsədi Sahibkarlığa Kömək Milli Fondu vasitəsi ilə dövlətin güzəştli kreditləri ayrılmış Astara rayonundan olan sahibkarların arıçılıq təsərrüfatlarına baxış, güzəştli kreditlərin verilməsi mexanizminin izah olunması, rayonda həyata keçirilməsi məqsədəuyğun hesab olunan nümunəvi layihələrin sahibkarlara təqdim olunması, onlarla müvəkkil kredit təşkilatları arasında qarşılıqlı inamın artırılması, sahibkar-müvəkkil kredit təşkilatı münasibətlərinin möhkəmləndirilməsi, investisiya layihələrinin maliyyələşdirilməsi üzrə qarşılıqlı dialoq əsasında işgüzar münasibətlərin yaradılması, eləcə də potensial sahibkarların üzə çıxarılması və nəticədə daha çox kiçik və orta həcmli layihələrin maliyyələşdirilməsi olmuşdur.

“Sahibkarlığın güzəştli kreditləşdirilməsi məsələləri”nə dair işgüzar forumu giriş sözü ilə açan Astara rayon icra hakimiyyətinin başçısı Qəzənfər Ağayev qeyd etmişdir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi və yaxından köməkliyi ilə ölkəmizdə sahibkarlığın inkişafı üçün əlverişli şərait yaradılmış, xüsusən kiçik və orta sahibkarlıqla məşğul olanların problemlərinin aradan qaldırılması sayəsində  uğurlu nəticələr qazanılmışdır. Sahibkarlığa Kömək Milli Fondu tərəfindən ayrı-ayrı bölgələrdə və rayonlarda maarifləndirici tədbirlərin və işgüzar forumların  keçirilməsi ictimaiyyət tərəfindən böyük razılıqla qarşılanır. Bu gün keçirilən işgüzar forum Astara rayonunda sahibkarlığın daha geniş və sürətlə inkişaf etməsinə təkan verəcəkdir.

İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev forumda çıxış edərək  2015-ci ilin ötən dövrü ərzində verilmiş güzəştli kreditlər, bu kreditlər hesabına yeni yaradılan iş yerləri və cari ildə Fondun fəaliyyətinin əsas hədəfləri, o cümlədən, Astara rayonu üzrə verilmiş kreditlər barədə ətraflı məlumatlar vermişdir.

Sahibkarlığa Kömək Milli Fondunun aparıcı məsləhətçisi Elnur Abbasov Fondun fəaliyyəti,  kiçik və orta həcmli layihələr haqqında geniş izahat vermiş, sahibkarların fəaliyyətinin genişləndirilməsi məqsədi ilə maarifləndirici söhbətlər aparmışdır. Fondun fəaliyyətinə həsr olunmuş video çarx  nümayiş etdirilmişdir.

İşgüzar foruma dəvət olunmuş iştirakçılardan Aygül Məmmədova, Əfqan Rzayev, Xanağa Hüseynov, Ələkbər Salayev və başqaları çıxış edərək sahibkarlığın daha da inkişaf etdirilməsi üçün təkliflərini vermişlər.

Sonda sahibkarların sualları cavablandırılmış, müvəkkil kredit təşkilatlarının verilən təklif və suallara münasibətləri öyrənilmişdir. 

Keçidlər