Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025-22) 5-13-94

Astarada Ulu Öndər Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü ilə əlaqədar tanınmış musiqiçilər konsert proqramı ilə çıxış etmişlər

09 may 2015 | 15:00

Ulu Öndər Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü ilə əlaqədar rayonun ərazi nümayəndələri, idarə, müəssisə və təşkilatlarda keçirilən silsilə tədbirlər mayın 9-da Heydər Əliyev Mərkəzində keçirilən ümumrayon tədbiri ilə davam etmişdir.
Axşam saatlarında yeni salınmış dənizkənarı park-bulvarda ulu öndərin anadan olmasının ildönümü münasibəti ilə təşkil olunmuş konsertdə Bakı şəhərindən dəvət olunmuş tanınmış musiqiçilərin çıxışları yaddaqalan olmuşdur.
Rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayev və aparat işçiləri, hüquq mühafizə orqanlarının idarə, müəssisə və təşkilatların rəhbərləri  tədbirdə iştirak etmişlər. Böyük izdihamla müşayiət olunan konsert rayon ictimaiyyətinin minlərlə sakini tərəfindən maraqla qarşılanmış, atəşfəşanlıqla başa çatmışdır.

Keçidlər