Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025-22) 5-13-94

Maşxan kəndində səyyar qəbul və görüş

14 may 2015 | 15:00

14 may 2015-ci il tarixdə Astara rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayev Maşxan kəndində əhali ilə səyyar qəbul və görüş keçirmişdir.
İcra başçısı Q.Ağayev kənd sakinlərini salamlayaraq qeyd etmişdir ki, dəfələrlə Təngərüd və Maşxan kəndlərində görüşlərimiz olmuş, əhali tərəfindən verilən təkliflərə baxılmış, qaldırılan problemlərin həllinə nail olunmuşdur. Bu görüşümüzdə də sizi narahat edən problemləri nəzərdən keçirərək, həlli yollarını birgə araşdıracağıq. Buyurun, sizi dinləyirik.
Maşxan kənd inzibati ərazi dairəsi üzrə nümayəndə Süleyman Ağacanov ərazidə görülən işlər barədə məlumat verərək qeyd etmişdir ki, ötən görüşlərdən keçən müddət ərzində Maşxan kənd tam orta məktəbi və uşaq bağçasının binaları təmir olunmuş, kəndə fasiləsiz təbii qaz və elektrik enerjisinin verilməsindəki problemlər aradan qaldırılmış, nasaz elektrik dirəkləri və naqillər dəyişdirilərək yenisi ilə əvəz olunmuşdur. Kənddə mütəmadi olaraq abadlıq işlərinin aparılmasını qeyd edən ərazi nümayəndəsi digər həlli vacib məsələlər barədə rayon rəhbərliyinin məlumatlı olduğunu və bu istiqamətdə işlərin görüləcəyini diqqətə çatdırmışdır.
Maşxan kənd sakinləri Qadir Məmmədov, Sədaqət Əhmədov,  Maşxan kənd tam orta məktəbin müəllimləri Rövşən Bağırov, Əbülhəsən Muradov, Təngərüd kənd sakinləri İltifat Xanmuradov, İlham Haqverdiyev və başqaları çıxış edərək əhalinin sosial problemlərinin həlli ilə əlaqədar görülən işlərə görə ölkə prezidenti möhtərəm cənab İlham Əliyevə və rayon rəhbərliyinə minnətdarlıq etmiş, kənddaxili yolların əsaslı təmiri, yay aylarında kəndin suvarma suyu ilə təmin edilməsi, kənddə daha sürətli internet şəbəkəsinin yaradılması,  Çay fabriki yaşayış massivindəki ictimai yaşayış binasına qaz xəttinin çəkilməsi, Təngərüd kənd tibb məntəqəsi və mədəniyyət evinin əsaslı təmiri barədə təkliflərini söyləmişlər.
İcra başçısı rayon Telekommunikasıya qovşağının rəisi Ələkbər Həmzəyevə, qaz istismarı sahəsinin rəisi Fizuli Mirzəyevə, Mərkəzi xəstəxananın baş həkimi Əlövsət Əliyevə, Suvarma Sistemləri İdarəsinin baş mühəndisi Hüseynağa Əliyev qaldırılan məsələlərin həlli barədə tapşırıqlarını vermişdir.
Q.Ağayev qeyd etmişdir ki, verilən məlumatlardan və əhalini dinlədikdən sonra məlum oldu ki, doğrudan da kənddə həllini tapmayan qlobal məsələlər demək olar ki, qalmamışdır. Sevindiricidir ki, ulu öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən ölkə prezidenti möhtərəm cənab İlham Əliyevin uzaqgörən siyasəti ilə gündən-günə inkişaf edən müstəqil  Azərbaycanımızın iri şəhərləri kimi qəsəbə və kəndləri də inkişaf edir, abadlaşır. Möhkəm siyasi dayaqlar üzərində qurulan ölkəmizin iqtisadi gücü artdıqca insanlarımızın güzəranı, rifah halı da yaxşılaşır, rahat, firavan həyata qovuşurlar. Bütün bunlar ölkə rəhbəri tərəfindən ardıcıl olaraq qəbul edilən proqramlar, o cümlədən, Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı çərçivəsində həyata keçirilir. Bir qədər keçmişə baxanda ölkəmizin hansı mürəkkəb proseslərdən, çətin sınaqlardan çıxaraq bu günkü inkişafa çatdığını aydın görmək mümkündür. Ölkəmizin bu günü, hərtərəfli inkişafı bizi hədsiz sevindirir. Ən müasir məktəb binaları, xəstəxanalar, diaqnostika mərkəzləri, idman kompleksləri, ictimai binalar tikilərək əhalinin istifadəsinə verilir. Parklar, xiyabanlar salınır, ən ucqar yaşayış məntəqələrinə yüksək keyfiyyətli asfalt yollar çəkilir. Bunu rayonumuzun timsalında aydın görə bilərik. Astara şəhərinin dənizkənarı hissəsində geniş ərazidə salınan park-bulvarda insanların asudə vaxtını səmərəli keçirməsi, istirahəti üçün hər cür şərait yaradılmışdır. Ucqar dağ kəndləri olan Deqədi-Pəlikəş istiqamətində yerləşən kəndlərə mövcud olduqları tarixi ərzində ilk dəfə olaraq asfalt yollar çəkilərək əhalinin istifadəsinə verilmişdir.
Möhtərəm prezidentimiz İlham Əliyevin aprel ayında rayonumuza tarixi səfərindən sonra daha çətin, mürəkkəb relyefə malik olan Taxtanakəran-Miki və Taxtanakəran-Toradi yolunun asfaltlaşdırılması üçün vəsait ayırması barədə Sərəncamı isə ictimaiyyət tərəfindən böyük sevinclə qarşılanmış, sakinlərimiz ölkə rəhbərinə minnətdarlıqlarını bildirmişlər.
Maşxan kəndində də tikinti-quruculuq, abadlıq işləri davam etdiriləcəkdir. Bu il Maşxan-Kijəbə yolunun asfaltlaşdırılması nəzərdə tutulmuşdur. Tüləgüvan-Təngərüd yolunun asfaltlaşdırılması dövlət Proqramına daxil edilmişdir. Bütün bu və digər məsələlərin həllinə də sizinlə birlikdə qısa müddətdə nail olacağıq. Bu işdə hər birinizə uğurlar arzulayıram.
Əhali ilə görüşdən sonara İcra başçısı Qəzənfər Ağayev Astara  1 saylı çay fabrikində olmuş, burada çay məhsulunun istehsalı prosesi ilə yaxından tanış olmuş, tövsiyələrini vermişdir.

Keçidlər