Astaralılar möhtəşəm açılışı canlı izlədilər.
Azərbaycan xalqı, o cümlədən astaralılar səbirsizliklə gözlədikləri tarixi anın - birinci Avropa Oyunlarının açılışının həyəcan və sevincini yaşadı.
12 iyun 2015-ci il tarixdə Bakı Olimpiya Stadionunda keçirilən “Bakı-2015” I Avropa Oyunlarının açılış mərasimini minlərlə rayon sakini və qonaqlar Astara şəhəri Park-bulvarda quraşdırılmış geniş ekranlı monitorda canlı izlədilər.
Möhtəşəm açılış sakinlər tərəfindən rəğbətlə qarşılanaraq, onlara unudulmaz anlar yaşatmışdır.
Tariximizin bizdə yüksək iftixar hissi doğuran bu şanlı səhifəsi xalqımızın yaddaşında əbədi qalacaqdır.
Sakinlər yüksək səviyyədə təşkil olunmuş bayram tədbirinə görə ölkə başçısına və rayon rəhbərliyinə hədsiz minnətdarlıqlarını bildirmişlər.