Astarada 15 iyun Milli Qurtuluş günü ilə əlaqədar tanınmış musiqiçilər konsert proqramı ilə çıxış etdilər.
14 iyun 2015 | 15:00
Astara rayon İcra hakimiyyətində təsdiq olunmuş tədbirlər planına uyğun olaraq 15 iyun Milli Qurtuluş günü ilə əlaqədar rayonun ərazi nümayəndələri, idarə, müəssisə və təşkilatlarında keçirilən silsilə tədbirlər iyunun 14-də dənizkənarı park-bulvarda nümunəvi konsert proqramı ilə davam etmişdir.
Tanınmış musiqiçilərin geniş konsert proqramı və atəşfəşanlıq iştirakçılara sevincli anlar yaşatmışdır.
Böyük izdihamla müşayiət olunan konsert rayon ictimaiyyəti tərəfindən maraqla qarşılanmış, axşam saatlarında başa çatmışdır.