Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025-22) 8-13-94

27 Sentyabr Anım Günü Astarada qeyd edildi.

27 sentyabr 2026 | 13:08

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamına əsasən 27 sentyabr hər il ölkəmizdə Anım Günü kimi qeyd olunur.

Vətən müharibəsində qəhrəmancasına döyüşərək müqəddəs Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandıran, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda edən şəhidlərimizə ehtiram əlaməti olaraq Astara rayonunda silsilə tədbirlər keçirilmişdir. Şəhid ailələri və müharibə əlilləri ziyarət edilmiş, maddi yardımlar verilmişdir. Astara şəhəri ərazisində şəhidlərin xatirəsinə ağacəkmə aksasiyası keçirilmiş, müxtəlif növ ağac və gül kolları əkilmişdir.

Vətən müharibəsində  Astara rayonundan 600 nəfərə qədər gənc iştirak etmiş, 44 nəfər şəhid olmuş, 138 nəfər yaralanmışdır. Ümumilikdə, Qarabağ müharibəsində Astara rayonunun 127 nəfər cəsur, mərd oğlu şəhidlik zirvəsinə ucalmışdır.  

27 Sentyabr Anım Günü ilə əlaqədar keçirilən tədbirdə rayon icra hakimiyyətinin başçısı Qəzənfər Ağayev Vətən torpaqlarının azadlığı uğrunda misilsiz fədakarlıqlar göstərmiş, xalqımızın qürur duyduğu qəhrəman şəhidlərimizin yaddaşlarda əbədi yaşayacaqlarını bildirmiş, şəhid ailələri, qazi və müharibə iştirakçılarının həmişə xüsusi dövlət qayğısı ilə əhatə olunduğunu vurğulamışdır.

İcra başçısı, idarə, müəssisə və təşkilatların kollektivləri, şəhid ailələri, qazilər, müharibə iştirakçıları, qeyri-hökumət təşkilatları və ictimaiyyətin nümayəndələri Şəhidlərin Xatirə Kompleksini ziyarət etmiş, xatirə lövhələrinin önünə qərənfillər düzmüş, şəhidlərin əziz xatirəsini ehtiramla yad etmişlər.

Keçidlər