Böyük Britaniyanın Azərbaycan Respublikasında fövqəladə və səlahiyyətli səfiri Astarada
Böyük Britaniyanın Azərbaycan Respublikasında fövqəladə və səlahiyyətli səfiri İrfan Sıddıq ölkəmizin cənub bölgəsinə səfəri çərçivəsində 06 avqust 2015-ci il tarixdə Astara rayonunda olmuşdur.
Səfər çərçivəsində Astara rayon İcra hakimiyyətinin başçısı Qəzənfər Ağayevlə görüşən səfir rayonun təbiəti, turizm potensialı, iqtisadiyyatı, əhalinin məşğuliyyəti barədə məlumatlandırılmış, sualları cavablandırılmışdır.
Səfir İrfan Siddiq səmimi qəbul və görüşə görə İcra Hakimiyyətinin başçısı Q.Ağayevə razılıq etmiş, rayonun yaraşıqlı təbiətinə, şəhərin abadlığına heyranlığını bildirərək, əhalinin qonaqpərvərliyini yüksək dəyərləndirmişdir.
Rəsmi qonaq görüşdən sonra Astara şəhərinin dəniz sahilində salınmış park-bulvar ərazisində olmuş, rayonun Çayoba kəndində yeni inşa edilmiş çay fabrikinə gələrək müəssisənin iş və istehsal prosesi ilə tanış olmuşdur.