Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025-22) 5-13-94

“İnternat məzunlarının cəmiyyətə idmanla inteqrasiyası” layihəsi Astarada

07 avqust 2015 | 15:00

05 avqust 2015-ci il tarixdə Astara Dənizkənarı Park Bulvar kompleksində Azərbaycan Gənclər Fondunun dəstəyi, “İnternat Məzunlarının Sosial İnteqrasiyası” Gənclər İctimai Birliyi, Astara rayon Gənclər və İdman İdarəsi ilə birgə “İnternat məzunlarının cəmiyyətə inteqrasiyası” layihəsinə uyğun təlim keçirilmişdir.
Tədbirdə Astara rayon Gənclər və İdman İdarəsinin rəisi Ərçə Əliyev,  “İnternat Məzunlarının Sosial İnteqrasiyası” Gənclər Birliyinin sədri Araz Əhmədov çıxış etmişlər. Çıxış edənlər layihə barədə ətraflı məlumat vermiş, gənclərin fiziki, psixoloji, mənəvi sağlamlığı, vətənpərvərlik ruhunun yüksəldilməsində idmanın, sağlam həyat tərzinin əhəmiyyəti vurğulanmış, tədbir iştirakçılarına maarifləndirici broşuralar paylanmışdır. 
Sonra tədbir iştirakçıları arasında çimərlik futbolu üzrə yoldaşlıq görüşləri təşkil olunmuş, yekunda qalib komandalara Astara Rayon Gənclər və İdman İdarəsinin diplomları təqdim olunmuşdur.

Keçidlər