Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025-22) 5-13-94

İcra başçısı Rinə kəndində əhali ilə görüş keçirmişdir

03 sentyabr 2015 | 15:00

Rinə kəndi Siyakü inzibati ərazi dairəsinə daxil olan böyük yaşayış məntəqələrindən biridir. Burada 108 təsərrüfatda 550 nəfər əhali yaşayır ki, onların əsas məşğuliyyəti sitrusçuluq, heyvandarlıq və arıçılıqdır. Kənddə    1 tam orta məktəb, 1 klub, 1 kitabxana, 1 tibb məntəqəsi, 1 seçki məntəqəsi vardır.
03 sentyabr 2015-ci il tarixdə rayon İcra  Hakimiyyətinin başçısı Qəzənfər Ağayev Rinə kəndində əhali ilə görüşmüş, səyyar qəbul keçirmişdir.
Siyakü kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Xanəhməd Zahirov icra başçısının kəndə gəlişindən ötən müddət ərzində ərazidə xeyli tikinti, quruculuq və abadlıq işlərinin görüldüyünü, ən əsası kənddə müasir tipli yeni məktəb binasının tikildiyini və kənd yolunun asfaltlaşdırıldığını diqqətə çatdırmışdır. Kənddən keçən Taxtanakəran-Miki və Taxtanakəran-Toradi yolunun asfaltlaşdırılması barədə ölkə Prezidentinin imzaladığı Sərəncamın bu dağ kəndlərində yaşayan çoxsaylı əhalinin rifah halını yaxşılaşdıracağını, ümumilikdə həyat səviyyəsini xeyli yüksəldəcəyini qeyd edərək çoxsaylı əhalinin minnətdarlığını ölkə rəhbərinə bildirmişdir.
Tədbirdə çıxış edən kənd sakinləri Osman Dədəyev, Arif Nəzərov, Bəfa Fətəliyev, Elçin Məcidov, Balakişi Hacıyev, Camal Mirzəyev və başqaları belə siyasi sabitlik şəraitində, gözəl, abad bir ölkədə yaşadıqlarına görə xoşbəxt olduqlarını bildirmişlər. Kənd sakinləri Rinə və ətraf kəndlərə təbii qaz çəkilişinin tezləşdirilməsi, Vaqədi və Çüəş kəndlərində dağ çayları üzərində körpü salınması, elektrik xətt təsərrüfatının yeniləşdirilməsi, kəndin tam telefonlaşdırılması barədə təkliflərini vermişlər.
Rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayev səmimi görüşə görə sakinlərə minnətdarlığını bildirmiş, bu kənddə əhali ilə ikinci dəfə görüşdüyünə baxmayaraq, ətraf yaşayış məntəqələrində görüşlər zamanı bu kəndin sakinlərini də dinlədiyini bildirmiş, ərazinin problemlərinin həlli və mövcud olanlar barədə məlumatlı olduğunu bildirmişdir. İcra başçısı körpü qoyulması, elektrik xətt təsərrüfatında təmir işlərinin aparılması, yeni transformatorun quraşdırılması barədə müvafiq idarələrin rəhbərlərinə göstərişlərini vermişdir. Qısa vaxtda ərazidə böyük işlərin görüldüyünü əhalinin diqqətinə çatdıraraq kənd yolunun asfaltlaşdırılması, yeni məktəb binasının tikintisinin ölkə rəhbəri İlham Əliyev cənablarının ölkədə apardığı məqsədyönlü iqtisadi siyasətin nəticəsi olduğunu vurğulamışdır. Qeyd etmişdir ki, təməlini Ulu öndərimiz Heydər Əliyevin qoyduğu müstəqil Azərbaycan dövləti ölkə Prezidenti möhtərəm cənab İlham Əliyevin uzaqgörən siyasəti ilə gündən-günə inkişaf edir. Hərtərəfli sürətli inkişafı ilə dünya dövlətlərinin diqqət mərkəzində olan gənc müstəqil ölkəmizdə beynəlxalq əhəmiyyətli siyasi-iqtisadi, mədəni-kütləvi və idman tədbirlərinin keçirilməsi olduqca qürurvericidir. Böyük şəhərlərlə yanaşı ucqar rayonlarımız qəsəbə və kəndlərimizin Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı çərçivəsində sürətlə inkişaf etdiyini qeyd edən icra başçısı rayonumuzun timsalında bunların aydın müşahidə olunduğunu diqqətə çatdırmışdır. Son illər rayonun ən ucqar dağ kəndlərinə asfalt yollarının çəkilməsi məktəb binaları, xəstəxanaların tikintisi, şəhərə içməli su xəttinin çəkilməsi, qaz və elektrik təsərrüfatının yeniləşdirilməsi istiqamətində aparılan ümumi işlər dediklərimizə sübutdur.
Böyük inkişaf yolunda olan ölkəmizin iqtisadiyyatı gücləndikcə daha böyük layihələrin həyata keçiriləcəyini diqqətə çatdıran icra başçısı əhalini bu inkişafa daim dəstək olmağa, dövlətçiliyi qorumağa, möhkəm birliyə çağıraraq hər bir vətəndaşın ölkəmizin parlaq gələcəyi naminə ölkə Prezidenti ətrafında sıx birləşməsinin vacibliyini qeyd etmişdir.

Keçidlər