Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025-22) 5-13-94

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Astarada Kijəbə-Ojakəran və Kijəbə-Qəcimardə avtomobil yolunun açılışında iştirak etdi

14 mart 2012 | 16:00

Dövlət başçısı yolun rəmzi açılışını bildirən lenti kəsdi.
Bildirildi ki, Azərbaycan Prezidentinin müvafiq Sərəncamı ilə Kijəbə-Ojakəran və Kijəbə-Qəcimardə avtomobil yolunun 10 kilometrlik hissəsi əsaslı təmir olunmuşdur. Bu yoldan Kijəbə qəsəbəsinin və 9 kəndin 12 minə yaxın əhalisi, eyni zamanda, rayon mərkəzindən 25 kilometr məsafədə yerləşən Pəlikəş inzibati ərazi dairəsi üzrə nümayəndəliyin 13 kəndində yaşayan 7 minə yaxın sakini istifadə edir. Qəsəbənin girişində Bayraq Meydanı tikilmiş, dirəyinin hündürlüyü 25 metr olan dövlət bayrağı ucaldılmışdır. Ərazidə istirahət parkı da salınmışdır. Qəsəbəyə gedən yol genişləndirilmiş, yol boyu abadlıq işləri görülmüşdür.
Bildirildi ki, qəsəbədə dəfələrlə olan ulu öndər Heydər Əliyevin göstərişi ilə 1960-cı illərin sonunda burada kənd təsərrüfatı sahələrinin suvarılmasında müstəsna əhəmiyyət kəsb edən Lovayın su anbarı tikilib istifadəyə verilmişdir. Prezident İlham Əliyevin Sərəncamı ilə ayrılan vəsait hesabına isə həmin su anbarının təmirinə başlanmış və hazırda işlər davam etdirilir. Anbarın tutumu 6,3 milyon kubmetr, dərinliyi 17 metrdir. Burada yerləşən 4 aqreqatlı nasos stansiyasının köməyi ilə 1250 hektar əkin sahəsi suvarma suyu ilə təmin edilir.
Prezident İlham Əliyev kənd sakinləri ilə görüşdü və xatirə şəkli çəkdirildi.
 

Keçidlər