Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025-22) 5-13-94

Astarada təhsil işçilərinin konfransı keçirilib

04 sentyabr 2015 | 15:00

Sentyabrın 4-də Astara rayonunda təhsil işçilərinin ənənəvi konfransı keçirilmişdir. Konfrans iştirakçıları əvvəlcə Ulu öndər Heydər Əliyevin şəhər mərkəzindəki abidəsini ziyarət edərək, önünə tər çiçəklər düzmüşlər.
Rayon Mərkəzi Mədəniyyət evində davam edən konfransda rayon İcra Hakimiyyəti başçısının İctimai-siyasi və humanitar məsələlər üzrə müavini Yasəmən Rəsulova başçının konfrans iştirakçılarına təbrikini çatdırmışdır. Rayon Təhsil Şöbəsinin müdiri Qızbəs Məmmədova 2014-2015-ci tədris ilində görülmüş işlər və qarşıda duran vəzifələrlə əlaqədar məruzə etmişdir. 
Konfransda Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı rayon komitəsinin sədri Laləzar Qurbanova, rayon Texniki Yaradıcılıq Mərkəzinin direktoru Hətəmağa Məmmədov, Vaqo kənd tam orta məktəbin müəllimi, “İlin ən yaxşı müəllimi” respublika müsabiqəsinin qalibi Yusif Şahnamazov, Sım kənd tam orta məktəbin direktoru Nəbi Xalıqov, şəhər 3 saylı tam orta məktəbin direktor müavini Elza Əliyeva, yeni müəllimlik fəaliyyətinə başlayacaq Rufanə Cəfərli çıxış edərək yeni təhsil qanununun əhəmiyyətindən, məktəblərin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində aparılan işlərdən, təhsilə göstərilən dövlət qayğısından, Prezident cənab İlham Əliyevin bu sahədə gördüyü ardıcıl tədbirlərdən  razılıqla danışmış, ölkə rəhbərinə sonsuz minnətdarlıqlarını bildirmişlər. Bildirilmişdir ki, şagirdlərin müasir tələblərə cavab verən məktəblərdə təhsil almaları üçün son illər respublikamızın hər yerində olduğu kimi Astarada da yeni məktəb binaları tikilib istifadəyə verilmiş, əsaslı təmir edilmişdir. Bu istiqamətdə işlər uğurla davam etdirilir. 
Konfransda qarşıdakı dərs ilinə hazırlıq, təhsilin keyfiyyətinin daha da yüksəldilməsinin zəruriliyi, informasiya kommunikasiya texnologiyalarının imkanlarından daha səmərəli istifadə olunması, istedadlı şagirdlərlə işin səmərəli təşkili və digər aktual məsələlər ətraflı müzakirə olunmuşdur.
Konfransda Təhsil Nazirliyinin nümayəndəsi Mirbaba Babayev iştirak etmişdir. Sonda  rayonun qabaqcıl müəllimləri rayon Təhsil Şöbəsinin Fəxri Fərmanları ilə təltif olunmuşlar.

Keçidlər