Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025-22) 5-13-94

Ucqar dağ kəndlərini birləşdirən yeni körpünün istifadəyə verilməsi əhalinin böyük sevincinə səbəb oldu

10 sentyabr 2015 | 15:00

Astara rayonunun ucqar dağlıq ərazisində yerləşən Tüləküvan, Şəmətük və Xıçaso kəndlərinin sakinləri uzun illər idi ki, ərazidən keçən çayın üzərində körpü olmadığına görə əziyyət çəkirdilər. Payız-qış mövsümündə bu kəndlər arasında əlaqə kəsilir, məktəb yaşlı uşaqlar dərsə gələ bilmirdilər. Rayon İcra Hakimikyyətinin başçısı Qəzənfər Ağayevin keçirdiyi səyyar qəbul və görüşlərdə sakinlər 1500 nəfərdən çox əhalinin istifadə etdiyi Tüləküvan, Şəmətük, Xıçaso kəndlərini birləşdirən bu körpünün salınması ilə əlaqədar təkliflərini vermişdilər.

Rayon İcra Hakimiyyəti başçısının təşəbbüsü və yaxından köməkliyi,  Azərbaycan Respublikası Nəqliyyat Nazirliyinin “Azəryolservis” Açıq Səhmdar Cəmiyyətinin təşkilatçılığı ilə bir neçə ay müddətində Pensərçay üzərində 18 metr uzunluğunda yeni körpünün tikintisi başa çatdırılmışdır.

Sentyabrın 10-da Tüləküvan kəndi ilə Şəmətük və Xıçaso kəndlərini birləşdirən, rayon mərkəzi ilə əlaqəni təmin edən Pensərçay üzərində salınmış yeni körpünün açılış mərasimi keçirildi. Tədbiri giriş sözü ilə açan Kijəbə qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndə Rafael Babayev İcra Hakimiyyətinin başçısı və tədbirə gələn qonaqları ətraf kəndlərin ictimaiyyət nümayəndələri adından salamlayaraq son illərdə qəsəbə ərazisində aparılar abadlıq və quruculuq işləri barədə geniş məlumat verdi. Kənd ağsaqqalı Nəsrəddin Teymurov, Şəmətük kənd ibtidai məktəbin  direktoru Əfrasiyab Məmmədov, gənclərin nümayəndəsi, Lənkəran Dövlət Universitetinin IV kurs tələbəsi Camal Eynəliyev və başqaları çıxış edərək ulu öndər Heydər Əliyevin siyasətini uğurla davam etdirən ölkə Prezidenti İlham Əliyevin müdrik rəhbərliyi ilə müstəqil Respublikamızda iqtisadiyyatın bütün sahələrində yüksək nailiyyətlərin qazanıldığını qeyd etmişlər.

Nəsrəddin Teymurov son üç ildə rayonun bütün yaşayış məntəqələrində Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının yerinə yetirilməsində rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayevin müstəsna xidmətlərinin olduğunu qeyd etmişdir. Rayon ərazisində çəkilən asfalt yolların, tikilən təhsil-səhiyyə müəssisələrinin, salınan istirahət parkları və körpülərin, digər işlərin uğurla aparılmasından hədsiz razılıqla söhbət açdı.

Heydər Əliyevin Respublikaya rəhbərliyi dövrdə 8 dəfə Kijəbə qəsəbəsinə səfər etdiyini xatırladan Nəsrəddin Teymurov qəsəbə və onun ucqar yaşayış nməntəqələriində tikinti-abadlıq və quruculuq işlərinin aparılmasını möhtərəm Prezidentimiz İlham Əliyevin müdrik rəhbərliyinin parlaq təzahürü olduğunu diqqətə çatdırımışdır. Qeyd etmişdir ki, dövlət siyasətini rayonumuzda layiqincə və uğurla yerinə yetirən icra başçısının dəfələrlə kənlərimizə gəlib səyyar qəbul və görüş keçirməsi, qaldırılan problemlərin həllinə yüksək qayğı və həssaslıqla yanaşması bizi ürəkdən sevindirir.

Rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayev kənd sakinlərini salamalayaraq yeni körpünün istifadəyə verilməsi münasibətilə onları  təbrik etmişdir. Qeyd etmişdir ki, sakinlərin uzun müddət həsrətində olduqları, ətraf kəndlərin bir-biri və rayon mərkəzi ilə əlaqəsini təmin edən  körpünün açılışı doğrudan da sevindiricidir. Dünya və Avropada iqtisadi böhran yaşandığına baxmayaraq sabitlik şəraitində yaşayan müstəqil Azərbaycan Respublikasında Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrası ilə əlaqədar qarşıya qoyulan vəzifələr uğurla yerinə yetirilir. Bu inkişafı Astara rayonun timsalında aydın şəkildə görürük. Burda çıxış edən ictimaiyyət nümayəndələrinin hər biri son illərdə Respublikamız və rayonumuzda görülən tikinti-abadlıq, quruculuq işlərindən ətraflı söhbət açaraq bütün bunlara görə möhtərəm Prezidentimiz cənab İlham Əliyevə dərin minnətdarlıqlarını bildiridilər. İcra başçısı kimi böyük fərəh hissi keçirirəm ki, ən ucqar yaşayış məntəqələrində yaşayan sakinlər ölkə başçısının həyata keçirdiyi bütün tədbirləri ürəkdən bəyənərək alqışlayır və dəstəklədiklərini bildirirlər. Deyilənlər bir daha sübut edir ki, sakinlərimiz möhtərəm Prezidentimiz cənab İlham Əliyevin siyasətini ürəkdən bəyənir və bu işdə ona dəstək olduqlarını diqqətə çatdırırılar. Bu kəndlərdə digər sosial məsələlərin həlli də diqqət mərkəzindədir. Hazırada Tüləküvan kənd tam orta məktəbinin təmiri başa çatmaq üzrədir. Kəndin tamamilə  qazlaşdırlması sürətlə davam edir. Yaxın vaxtlarda elektrik təsərrüfatının yeniləşməsinə başlanılacaqdır. Tüləküvan-Şəmətük yolunun gələn il asfaltlaşdırlması da nəzərdə tutulmuşdur.

Bütün görülən işlərin xalqımızın ümummilli lideri Heydər Əliyevin ölkəmizə bəxş etdiyi əmin-amanlıq və ölkə Prezidenti möhtərəm cənab İlham Əliyevin məqsədyönlü siyasətinin nəticəsi oduğunu qeyd edən İcra başçısı, gələcəkdə də ölkəmizdə əhalinin sosial rifahının yaxşılaşdırılması istiqamətində mühüm layihələrin həyata keçiriləcəyini əminliklə söyləmişdir. 

Keçidlər