Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025-22) 5-13-94

Kolumbiya Respublikasının Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Assad Jose Jater Pena Astarada

06 oktyabr 2015 | 15:00

Kolumbiya Respublikasının Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Assad Jose Jater Pena cənub bölgəsinə səfəri çərçivəsində oktyabrın 6-da  Astara rayonunda olub.
Astara Rayon İcra Hakimiyyətində kolumbiyalı diplomatla keçirilən görüşdə rayonun tarixi, coğrafi mövqeyi, əhalinin məşğulluğu, iqtisadiyyatı, sosial-iqtisadi inkişafı və turizm potensialı barədə ətraflı məlumat verilib.
Rayon icra hakimiyyətinin başçısı Qəzənfər Ağayev bildirib ki, Kolumbiya ilə Azərbaycan arasında məsafə uzaq olsa da, hər iki ölkənin əməkdaşlıq əlaqələrinin genişlənməsi bu məsafəni qısaldır, xalqlarımızı bir-birinə yaxınlaşdırır.
Astara rayonunun nümayəndə heyətinin Kolumbiya Respublikasına səfəri və bu ölkənin şəhərlərindən biri ilə Astaranın qardaşlaşması ilə bağlı təklifi diplomat Assad Jose Jater Pena razılıqla qarşılayıb.
Ölkəsi haqqında məlumat verən diplomat bildirib ki, Kolumbiya inkişaf etməkdə olan aqrar-sənaye ölkəsidir. Neft ehtiyatlarına görə Latın Amerikasında üçüncü, daş kömür ehtiyatlarına görə isə birinci yeri tutur.
Sonra qarşılıqlı hədiyyələr təqdim edilib.
Kolumbiyalı diplomat Astara şəhərindəki Heydər Əliyev Mərkəzində, rayon Mərkəzi kitabxanasında və Xəzər dənizi sahilində salınmış park-bulvar kompleksində də olub.

Keçidlər