Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025-22) 5-13-94

Astarada ana övladına ikinci həyat bəxş etdi

29 oktyabr 2015 | 16:00

Ölkəmizdə dövlət tərəfindən səhiyyəyə göstərilən qayğı nəticəsində son illərdə ölkəmizin paytaxtı Bakı şəhəri ilə yanaşı regionlarda humanitar aksiyaların sayı və miqyası get-gedə artır. 
Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin və Astara Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə oktyabrın 16-dan başlayaraq Astara Rayon Mərkəzi Xəstəxanasında əhalinin tibbi müayinəsi ilə əlaqədar humanitar aksiya keçirilir.
Humanitar aksiya çərçivəsində Mərkəzi Neftçilər Xəstəxanasının və Respublika Diaqnostika Mərkəzinin həkim briqadaları tərəfindən Astara şəhərində, rayonun qəsəbə və kəndlərində 800 nəfərə yaxın insanın tibbi müayinədən keçməsi təmin edilib,  rayon Mərkəzi Xəstəxanasında isə bir neçə əməliyyat icra olunub.
Oktyabrın 29-da tibbi aksiya çərçivəsində Astara Rayon Mərkəzi Xəstəxanasında ilk dəfə böyrək transplantasiyası kimi mürəkkəb əməliyyat icra olunub.
Rayonun Kijəbə qəsəbə sakini 1988-ci il təvəllüdlü, xroniki böyrək çatışmazlığıdan əziyyət çəkən Babayeva Vüsalə Elşad qızı üzərində  canlı donordan- anası 1966-cı il təvəllüdlü Qənbərova Nazilə Əyyub qızından götürülmüş böyrək köçürülməsi əməliyyatı həyata keçirilib.
Əməliyyat uğurlu olub. Hazırda xəstəxananın reanimasiya şöbəsində olan ana və qızının vəziyyətinin yaxşı olduğu bildirilir.
Mərkəzi Neftçilər Xəstəxanasının Cərrahiyyə və Orqan Transplantasiyası Şöbəsinin müdiri, həkim briqadasının rəhbəri, tibb elmləri üzrə fəlsəfə doktoru Mir Cəlal Kazımi bildirib ki, əməliyyatdan əvvəlki hazırlıqlar-uyğunluq testləri aparıldıqdan sonra xəstənin əməliyyat olunmasına qərar verilib. Əməliyyat 4 saata yaxın davam edib. Həkim-cərrah Eldar Əhmədov bildirib ki, donorun gələcək həyatı üçün hər hansı bir təhlükə yoxdur.
Bu günkü əməliyyatın 233-cü əməliyyat olduğunu vurğulayan M.Kazımi Mərkəzi Neftçilər Xəstəxanasının Cərrahiyyə və Orqan Transplantasiyası Şöbəsinin həkim briqadası tərəfindən Azərbaycanın regionlarında - Cəlilabad, Quba, Qəbələ, Şamaxı, Şirvan və Naxçıvan şəhərlərindən sonra Astarada ilk dəfə həyata keçirilən böyrək transplantasiyasının da uğurla həyata keçirildiyini bildirib.

Keçidlər