Tur-aksiya məktəblilərin dünyagörüşünün formalaşmasında mühüm rol oynayacaq
Ölkəmizin tarixinin, mədəniyyətinin, adət-ənənələrinin, müstəqillik illərində əldə edilmiş nailiyyətlərinin dərindən öyrənilməsi məqsədilə respublikamızın müxtəlif şəhər və rayonlarında yaşayan gənclərin digər bölgələrə səyahətlərinin təşkilinə dair Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən “Ölkəmizi tanıyaq” layihəsi çərçivəsində tur-aksiyasına start verilib.
Noyabrın 16-da səhər tezdən yolasalma mərasimində rayon İcra hakimiyyəti başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Yasəmən Rəsulova məktəblilərə uğurlar arzulayıb, bildirib ki, bu layihə dövlət başçısının tapşırığı əsasında reallaşıb. Əsas məqsəd gənclərimizi bütün bölgələrimizlə tanış etmək və onun tarixi keçmişi, mədəniyyəti ilə yaxından tanış etməkdir. Gənclər Gəncə, Şəmkir , Göygöl şəhərlərinin müasir həyatı, mədəniyyəti və qədim tarixi ilə yaxından tanış olacaqlar. Ekskursiya 3 gün davam edəcəkdir.