Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 13 mart 2012-ci il tarixdə Astara rayonuna səfər etmişdir
14 mart 2012 | 16:00
Dövlət başçısı xalqımızın ümummilli lideri Heydər Əliyevin Astara şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət etdi, önünə gül dəstəsi qoydu.
Məlumat verildi ki, ulu öndərin abidəsinin yerləşdiyi parkda son dövrlərdə geniş abadlıq-quruculuq işləri aparılmışdır. Parkın ərazisi genişləndirilərək 2,5 hektara çatdırılmışdır. Burada sakinlərin istirahəti üçün hər cür şərait yaradılmışdır.