Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025-22) 5-13-94

Astara Rayon İcra Hakimiyyətinin Apellyasiya Şurasının ilk iclası keçirildi

18 fevral 2016 | 16:00

 

Ölkədə fəaliyyət göstərən fiziki və hüquqi şəxslərin şikayətlərinə baxılması sahəsində şəffaflığın və obyektivliyin təmin edilməsi, bu sahədə şəxslərin hüquqlarının və qanunla qorunan maraqlarının müdafiəsi məqsədilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 3 fevral 2016-cı il tarixdə imzaladığı “Azərbaycan Respublikasının mərkəzi və yerli icra hakimiyyəti orqanlarında Apellyasiya Şuralarının yaradılması haqqında” Fərmanının icrası ilə əlaqədar olaraq  Astara Rayon İcra Hakimiyyəti başçısının müvafiq  sərəncamı ilə Apellyasiya Şurası yaradılmışdır.

Sahibkarlıqla məşğul olan fiziki və hüquqi şəxslər tərəfindən özlərinin sahibkarlıq fəaliyyəti ilə bağlı yerli icra hakimiyyəti orqanının sərəncamından, əmrindən, hərəkət və ya hərəkətsizliyindən (korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı müraciətlər istisna olmaqla) verilmiş təkrar şikayətlərə baxılması məqsədi ilə yaradılan Şuraya Astara Rayon İcra Hakimiyyəti başçısının  müavini, Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri İlqar Malıyev  sədr təyin edilmişdir.
Üzvlərinin sayı 6 nəfərdən ibarət olan şuranın tərkibinə Aparatın strukturuna aid olan şöbələrin rəhbər şəxsləri və Rayon İcra Hakimiyyəti başçısının Astara şəhəri üzrə nümayəndəsi daxil edilib, o cümlədən katibliyin rəhbəri və üzvləri müəyyənləşdirilmişdir.

17 fevral 2016-cı il tarixdə Apellyasiya şurasının ilk iclası keçirilmiş, vəzifələr müəyyənləşdirilmiş, aidiyyatı orqanlarla, habelə hüquqi və fiziki şəxslərlə qarşılıqlı fəaliyyət göstərilməsi barədə tapşırıqlar verilmişdir. 

Keçidlər