Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025-22) 5-13-94

Şahağacı kəndində əhali ilə görüş

01 mart 2016 | 16:00

Şahağacı kəndinin 1654 təsərrüfatı, 4700 nəfər əhalisi var. Əhalinin əsas məşğuliyyəti tərəvəzçilik, heyvandarlıq və balıqçılıqdır.
Son illər əhalinin sosial problemlərinin həlli istiqamətində atılan mühüm addımlar - Şahağacı kəndini rayon mərkəzi ilə birləşdirən avtomobil yolunun asfaltlaşdırılması, 2 saylı tam orta məktəb üçün yeni binanın tikintisi, kəndə təbii qazın verilməsi, əsas kənddaxili yolun asfaltlaşdırılması əhalinin böyük razılığına səbəb olmuşdur.
1 mart tarixində rayon icra hakimiyyətinin başçısı Qəzənfər Ağayevin nümayəndəlikdə əhali ilə keçirdiyi səyyar qəbul və görüşdə kənd sakinləri bu barədə fikirlərini söylədilər, eyni zamanda  müəyyən problemlərin həlli məqsədilə təkliflər irəli sürdülər.  
Şahağacı kənd 1 saylı tam orta məktəbin direktoru Famil Abdullayev, 2 saylı məktəbin direktoru Sakit Mürsəlov, kənd ağsaqqalı Mikayıl Moğbilov, sahibkarlardan Rəşad Həsənov, Rafiq Əsədullayev çıxışlarında məktəblərin istilik sisteminin təbii qazla aparılması, 2 saylı tam orta məktəbin qazanxana binasının təmiri, istehsal edilən kənd təsərrüfatı məhsularının bazara çıxarılmasına köməklik göstərilməsi barədə   arzularını bildirdilər.
Rayon icra hakimiyyətinin başçısı dəfələrlə Şahağacı kənd sakinləri ilə görüşdüyünü, əhali tərəfindən qaldırılan problemlərin həlli istiqamətində görülən işləri qeyd edərək bildirmişdir ki, kənddə yeni məktəb binası tikilməsi, yollar abadlaşdırılması, suötürücü kanalların təmizlənməsi, əhalinin dayanıqlı elektrik enerjisi və təbii qazla təmini istiqamətdə mühüm tədbirlər həyata keçirilməsi ilə Şahağacı nümayəndəliyinin ərazisində ciddi bir problem qalmamışdır. Bütün bunlar müstəqil ölkəmizdə insanların həyat səviyyəsinin yüksəldilməsi, rifah halının yaxşılaşdırılması, firavan yaşaması üçündür. Bu inkişafın, bu tərəqqinin təməli ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş, ölkə prezidenti möhtərəm cənab İlham Əliyevin uğurlu fəaliyyəti ilə müvəffəqiyyətlə davam etdirilir.
Görülən işlərə cavab olaraq hər birimiz müstəqil dövlətimizin daha da inkişafı üçün bacarığımızı əsirgəməməliyik. Gənc nəslin təlim-tərbiyəsinə diqqət artırılmalı, hərtərəfli inkişaf edən, bilikli, savadlı, vətənpərvər gənclərin yetişdirlməsi daim diqqətdə olmalıdır.
Sadaladığınız məsələləri də dinlədik. Bunların həlli üçün tədbirlər görüləcəkdir. Bu günün əsas məsələlərindən biri də kənd təsərrüfatını inkişaf etdirmək, əmək resurslarından və torpaqlardan səmərəli istifadə olunmasıdır. Etiraf etməliyik ki, rayonun bəzi kəndlərində, o cümlədən, Şahağacıda torpaqlardan səmərəli istifadə olunması diqqətdən kənarda qalmışdır. Vaxtilə min tonlarla tərəvəz məhsulu istehsal edən Astara rayonunun məhsuldar torpaqlarında əkin aparılmadığından sahələri kol-kos basmışdır. Burada 450 hektara qədər əkinə yararlı torpağın 300 hektardan çoxunun əkildiyi barədə məlumat verildi. Amma hesab edirəm ki, bu azdır. Həmin torpaqlar tam əkilməli, həm də yüksək məhsuldarlıq əldə olunması üçün bütün imkanlardan istifadə olunmalıdır. Ölkə rəhbərinin son çağırış və tapşırıqlarından sonra  kənd sakinlərinin torpağa qayıdışı, torpağa münasibətin dəyişməsi sevindiricidir. Aqrar sahənin inkişaf etdirilməsi ilə əlaqədar dövlətimiz mümkün olan bütün şəraiti yaratmışdır. Biz də bu işdə hər cür köməklik göstərməyə hazırıq. İnanırıq ki, torpaqların əkilib-becərilməsinə diqqətin artırılması, rayonumuzda və bütövlükdə respublikada ərzaq bolluğunun yaranmasına mühüm töhfə olacaqdır. Bu işdə sizə uğurlar arzulayıram.

Keçidlər