Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025-22) 5-13-94

Astara rayonunda Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin təşkilatçılığı ilə konfrans keçirilmişdir

04 mart 2016 | 16:00

Martın 4-də İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin təşkilatçılığı ilə Astara rayonunda konfrans keçirilmişdir. Konfransda aidiyyəti dövlət qurumlarının, ictimai təşkilatların nümayəndələri və istehlakçılar iştirak etmişlər. 
“Hər bir istehlakçı öz hüquqlarını bilməli və tələb etməlidir” mövzusunda keçirilən tədbirdə Xidmətin rəis müavini Araz Əliyev istehlakçıların hüquqlarının qorunmasına dövlət qayğısından bəhs etmiş, bu sahədə etibarlı təminat sisteminin yaradıldığını və dövlət siyasətinin formalaşdırıldığını diqqətə çatdırmışdır. Bildirilmişdir ki, insanların müxtəlif mallara, xidmətlərə olan tələbatının keyfiyyətcə dəyişməsi, istehlakçıların öz hüquqlarının müdafiəsinə daha çox əhəmiyyət verməsi bu sahədə maarifləndirmə tədbirlərinin önəmini artırır.
İstehlakçıların hüquqlarının qorunması istiqamətində görülən işləri diqqətə çatdıran rəis müavini istehlak bazarının keyfiyyətsiz mal və xidmətlərdən qorunmasında maarifləndirmə və təbliğat-təşviqat işlərinin xüsusi əhəmiyyət kəsb etdiyini vurğulamışdır. Qeyd olunmuşdur ki, Dövlət Xidməti tərəfindən aidiyyəti dövlət qurumlarının, ictimai təşkilatların, sahibkarların iştirakı ilə Bakıda və regionlarda mütəmadi olaraq keçirilən dəyirmi masa və seminarlarda itehlakçıların maarifləndirilməsi məqsədilə müxtəlif adda çoxsaylı buklet və yaddaş kitabçaları hazırlanaraq paylanmışdır. 
Tədbirdə həmçinin, xidmət qaydalarının tələblərinə əməl olunması və xidmət mədəniyyətinin yüksəldilməsi istiqamətində həyata keçirilən maarifləndirici tədbirlər barədə məlumat verilmişdir.
Konfransda Dövlət Xidmətinin əməkdaşları istehlakçıların hüquqlarının müdafiəsi ilə bağlı məruzələrlə çıxış etmiş, tədbir iştirakçılarının suallarını cavablandırmışlar.
Sonda tədbir iştirakçılarına istehlakçı hüquqlarına dair maarifləndirici materiallar paylanmışdır.

Keçidlər