Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025-22) 5-13-94

“Ölkəmizi tanıyaq” tur aksiyasının iştirakçıları Astara rayonunda

27 mart 2016 | 16:00

“Ölkəmizi tanıyaq” tur-aksiyası çərçivəsində Sumqayıt, Şuşa və Yevlax şəhərlərinin, Ucar, Zərdab, Ağdam, Xocalı, Xocavənd, Kəlbəcər, Laçın, Abşeron, Tərtər, Cəbrayıl, Füzuli, Qubadlı və Zəngilan rayonlarının məktəbliləri Novruz bayramı ərəfəsində Astara rayonuna səfər etmişlər.
Astaraya gələn məktəbliləri rayon icra hakimiyyətinin məsul işçiləri, müəllimlər, şagirdlər və ictimaiyyət nümayəndələri qarşılayıblar. Astara Rayon İcra Hakimiyyəti başçısının müavini-İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Yasəmən Rəsulova tur-aksiya iştirakçılarını Novruz bayramı münasibətilə təbrik edərək ölkə Prezidenti İlham Əliyevin tapşırığına əsasən təşkil olunan tur-aksiyaların məktəblilərin dünyagörüşünün formalaşmasında əhəmiyyətli rol oynadığını vurğulayıb.
Tur-aksiyanın iştirakçıları Astaraya səfər çərçivəsində Heydər Əliyev Mərkəzində Ulu Öndərin zəngin və mənalı ömür yolunu əks etdirən eksponatlar və fotoşəkillərlə tanış olmuş, Astara şəhərində Xəzər dənizi sahili boyu salınmış park-bulvar kompleksində gəzərək burada inşa edilmiş dünyanın ən böyük təndiri - “Sehirli təndir” önündə xatirə şəkli çəkdirmişlər.
Rayonun Ərçivan qəsəbəsindəki Yanar bulağa və “Ulduz” bədii filmində Məhəmmədlə Züleyxanın tanışlıq səhnəsinin lentə alındığı “Ləm” yay istirahət evinə ekskursiya edən məktəblilər, həmçinin “Astaraçay” fabrikində istehsal prosesini izləmişlər.
Cənub bölgəsində gördüklərini həmişə xatırlayacaqlarını bildirən məktəblilər bu səfərin onlarda zəngin təəssürat yaratdığını deyiblər.

Keçidlər