Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025-22) 5-13-94

Astarada 31 mart Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar tədbir keçirilmişdir

31 mart 2016 | 16:00

31 mart 2016-cı il tarixdə Astara rayonunda 31 mart azərbaycanlıların soyqırımı günü ilə əlaqədar ümumrayon tədbiri keçirilmişdir. Tədbirdə idarə, müəssisə və təşkilatların kollektivləri, rayonda fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının və ictimaiyyətin nümayəndələri iştirak etmişlər.
Rayon icra hakimiyyəti başçısının müavini Yasəmən Rəsulova tədbiri açaraq soyqırımı ilə əlaqədar iştirakçılara məlumat vermişdir. Xalqımızın, bütün dünya Azərbaycanlılarının 1918-ci ilin martında  azərbaycanlılara qarşı törədilmiş soyqırımı aktının ildönümünü böyük ürək ağrısı ilə, dərin hüznlə qeyd etdiyini vurğulayan Y.Rəsulova 31 mart tarixinin azərbaycanlıların soyqırımı günü kimi ilk dəfə olaraq 26 mart 1998-ci il tarixdə Ulu Öndər Heydər Əliyevin imzaladığı  Fərmanla  keçirildiyini iştirakçıların nəzərinə çatdırmışdır. Qeyd etmişdir ki, 1918-ci il mart soyqırımından 98 il keçir. Lakin erməni millətçilərinin törətdikləri bu dəhşətləri unutmaq qeyri-mümkündür. Beynəlxalq terrorizmə qarşı mübarizəni qarşısına məqsəd qoyan dünya ictimaiyyəti, nəhayət, Azərbaycan xalqına qarşı bu zorakılıqlara obyektiv siyasi-hüquqi qiymət verməli, cinayətkarlar öz layiqli cəzasını almalıdır.
Erməni terroru təkcə 1918-ci il mart soyqırımı ilə məhdudlaşmır. Əsrin sonunda 1 milyona qədər insan doğma torpaqlarından didərgin salınmış, kəndlər, şəhərlər, nadir tarixi abidələr yandırılmış, dağıdılmış, vəhşicəsinə talan edilmiş, minlərlə insan qətlə yetirilmiş, girov götürülmüş, itkin düşmüşdür. Qanlı 20 yanvar hadisəsi və Xocalı faciəsi kifayətdir ki, erməninin kimliyi bütün dünyaya bəlli olsun. Tarixin bu qanlı dərslərini heç vaxt unutmamalı, qan yaddaşında yaşadaraq olduğu kimi gələcək nəslə çatdırmalıyıq.
İnanırıq ki, xalqımızın vətənpərvərliyi, milli birliyi, məqsədyönlü fəaliyyəti və Azərbaycan Prezidentinin siyasi iradəsi qısa müddətdə bizi tarixi yurd yerlərimizə qovuşduracaq, ərazi bütövlüyümüzün bərpasına nail olacağıq.
Tədbirdə rayon təhsil şöbəsi müdiri Qızbəs Məmmədova, mərkəzi kitabxananın direktoru Tural Eyvazov Astara Pedaqoji Kollecin direktor əvəzi Elnur Dadaşov, rayon Mərkəzi Xəstəxanası baş həkiminin müavini Surxay Məmmədov  çıxış edərək erməni millətçilərinin təkcə ötən əsrin əvvəlində deyil, tarix boyu xalqımıza qarşı işğalçılıq siyasəti yürütdüyünü, xarici havadarlarının dəstəyi ilə tarixin ayrı-ayrı dönəmlərində azərbaycanlılara qarşı dəhşətli soyqırımlar törətdiklərini qeyd etmiş, bu soyqırımını dünya ictimaiyyətinə lazımi səviyyədə çatdırmaqda bütün imkanlarımızdan istifadənin vacibliyini, eyni zamanda erməninin kimliyini gələcək nəslə çatdırmaqla bu qanlı olayları onların milli şüurunda formalaşdırmağın vətəndaşlıq borcumuz olduğunu söyləmişlər.

Keçidlər