Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025-22) 5-13-94

19 mart 2012-ci ildə Astara rayonunda Novruz bayramı ilə əlaqədar ümumrayon tədbiri keçirilmişdir

20 mart 2012 | 16:00

19 mart 2012-ci ildə Astara rayonunda şəhərin mərkəzindəki Heydər Əliyev parkında Novruz bayramı ilə əlaqədar ümumrayon tədbiri keçirilmişdir. Tədbiri giriş sözü ilə rayon icra hakimiyyəti aparatının şöbə müdiri Mərasim Hacıyev açaraq bayram ərəfəsində rayonda geniş quruculuq-abadlıq işlərinin aparıldığını iştirakçıların nəzərinə çatdırdı. O, qeyd etdi ki, bu ilki Novruzumuz ən önəmli bir hadisə ilə yaddaqalan oldu. Bir neçə gün bundan qabaq 13 mart tarixində ölkə Prezidenti Möhtərəm cənab İlham Əliyev rayonumuzda səfərdə oldu, ictimaiyyət nümayəndələri ilə görüşdü. Uzun müddət astaralıların yaddaşından silinməyəcək həmin gün, Möhtərəm Prezidentin ictimaiyyətlə görüşü, tarixi nitq söyləməsi və bir sıra mühüm obyektlərin açılışları ilə yaddaqalan oldu...
Novruz bayramının rayonumuzda bu cür təntənə ilə qeyd edilməsi rayon İcra hakimiyyətinin başçısı cənab Taleh Qaraşovun tövsiyəsi, diqqət və qayğısı ilə olmuşdur.
Taleh müəllim cəmi 11 aydır rayonumuza icra başçısı təyin olunub. Bu qısa vaxt ərzində gözəl əməlləri, xeyirxahlığı, rayonumuz üçün gördüyü böyük işləri ilə artıq Astaranın tarixinə öz adını yazmışdır. Bu müddət ərzində rayonumuzdə çox böyük işlər görülmüş, şəhərin mərkəzindəki gördüyünüz bu gözəl istirahət parkı xeyli genişləndirilmiş, küçələr abadlaşdırılmış, yollar asfaltlaşdırılmışdır. Ölkəmizin Prezidenti cənab İlham Əliyevin Sərəncamları ilə ayrılmış vəsait hesabına rayon mərkəzi xəstəxanasının binası əsaslı təmir edilərək yenidən qurulmuş, müasir tibbi avadanlıqlarla təchiz edilmişdir. Burada 1,5 hektar ərazini əhatə edən gözəl istirahət parkı salınmışdır. Şəhərin mərkəzindəki ictimai yaşayış binası və rayon Telekommunikasiya Qovşağının binasının fasadı yeniləşdirilmişdir. Tikinti və quruculuq işləri təkcə rayonun mərkəzində aparılmır. Görülən işlər nəticəsində kəndlər də simasını dəyişir. Ucqar dağ kəndi Toradidə 180 yerlik yeni məktəb binası tikilib istifadəyə verilmiş, hazırda şəhər 7 saylı, Suparibağ, Siyaku, Şuvi, Rudəkənar kəndlərində yeni məktəb binaları tikilir. Şəhər 2 saylı uşaq bağçası əsaslı təmir olunmuşdur. Daha 4 məktəbin tikintisinə yaxın vaxtlarda başlanacaqdır. Astarada tikinti və quruculuq işləri səngimir, gündən-günə geniş vüsət alır...
Astara rayon icra hakimiyyətinin başçısı cənab Taleh Qaraşov tədbirdə çıxış edərək xalqımızın milli bayramı olan Novruz bayramı münasibəti ilə rayon sakinlərini təbrik etdi. Milli bayramımız olan Novruzun tarixi çox qədimdir. Bu bayram yazın gəlişi, torpağın oyanması, təbiətin yeniləşməsi dövrünə təsadüf edir. Odur ki, Novruz öz gəlişi ilə həyata yeni rəng qataraq elimizə, obamıza, yurdumuza istilik, hərarət, süfrəmizə bol-bol bərəkət gətirir. Qoy Vətən göylərindən günəş, elimizdən toy-bayram sədası, xalqımızın çöhrəsindən sevinc, gülüş əskik olmasın...
Cənab T.Qaraşov Prezidentimiz cənab İlham Əliyevin rayona səfərini, ictimaiyyət nümayəndələri ilə görüşünü xatırladaraq bildirdi ki, Astara Olimpiya İdman Kompleksinin, əsaslı təmir edilərək yenidən qurulmuş mərkəzi xəstəxananın, Yeni Azərbaycan Partiyası Astara rayon təşkilatının yeni inzibati binasının, Kijəbə-Ojakəran, Kijəbə-Qəcimardə yolunun açılışını etməklə ilaxır çərşənbə günü bizimlə gözəl bir bayram konsertində də iştirak etdi. Möhtərəm Prezident Olimpiya İdman Komleksinin açılışındakı nitqində Astaranın gündən-günə gözəlləşdiyini vurğulayaraq dedi: -“Mən Astarada dəfələrlə olmuşam. Hər dəfə rayonda, şəhərdə olarkən yenilikləri görəndə çox sevinirəm... Astara gözəlləşir, müasir, gözəl şəhərə çevrilir. Mən bu uğurlarla bağlı bütün astaralıları ürəkdən təbrik edirəm”.
RİH başçısı bunun rayon sakinləri üçün ikiqat bayram olduğunu qeyd edərək bildirildi ki, bu tarixi hadisənin sevincini yaşayan Astara camaatı bütün Azərbaycan xalqı kimi öz Prezidentinin ətrafında daim sıx birləşməklə, onu ürəkdən sevir, fəxr edir, qürur hissi keçirirlər...
Tədbirdə rayon idmançılarının göstərdikləri maraqlı idman proqramı və əyləncəli idman oyunları iştirakçıların ürəyincə olmuşdur. Bahar qızının meydana daxil olması, bayram tonqalının alovlandırılması tədbirə xüsusi rəng qatmış, rayon mədəniyyət evinin özfəaliyyət kollektivlərinin hazırladığı gözəl konsert proqramı rəğbətlə qarşılanmışdır.
Novruz tədbirləri bayram günlərində də davam edəcəkdir.
 

Keçidlər