Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025-22) 5-13-94

9 may Qələbə Günü Astarada qeyd olundu

09 may 2016 | 16:00

1941-1945-ci illər Böyük Vətən Müharibəsində faşizm üzərində qələbənin 71-ci ildönümü ilə əlaqədar Astara rayonunda tədbir keçirilmişdir.

Rayon İcra hakimiyyətinin başçısı Qəzənfər Ağayev, rayonun hüquq-mühafizə orqanları, idarə, müəssisə və təşkilatların rəhbərləri və ictimaiyyət nümayəndələri şəhərin mərkəzindəki “Qəhrəmanlar bağı”na gəlmiş, Sovet İttifaqı Qəhrəmanları Ziya Bünyadovun, Mirzə Cəbiyevin, İlya Kaverinin, Azərbaycanın Milli Qəhrəmanı Yalçın Nəsirovun, üç “Şöhrət” ordenli Rəhmət Hətəmovun və Ağahəsən Nəhmətovun büstləri önünə əklil və gül dəstələri qoymuşlar.

Ziyarətdən sonra müharibə veteranları şirniyyat stolu ətrafında rayon rəhbərliyi ilə səmimi söhbət etmişlər.

Rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayev faşizm üzərində qələbənin 71-ci ildönümü münasibətilə veteranları təbrik etmiş, onlara ən xoş arzularını bildirmişdir. Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra Böyük Vətən Müharibəsi veteranlarına diqqət və qayğının artırıldığını, onların mədəni-məişət və sosial problemlərinin həlli ilə əlaqədar konkret tədbirlər görüldüyünü diqqətə çatdırmışdır. Heydər Əliyevin siyasətini layiqincə davam etdirən möhtərəm Prezidentimiz İlham Əliyev hər il müvafiq sərəncamları ilə Böyük Vətən Müharibəsi veteranlarının sosial vəziyyətinin yaxşılaşdırılmasını təmin edir, onları daim diqqətdə saxlayır.

Rayon Veteranlar Şurasının sədri Rafiq Əliyev, Kakalos kənd sakini Paşa Əkbərov, rayon ağsaqqallar şurasının sədri Hamlet Əliyev çıxış edərək müharibə iştirakçılarına göstərilən diqqət və qayğıya görə bütün veteranlar adından Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevə minnətdarlığını bildirmişlər.

 

 

Keçidlər