Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025-22) 5-13-94

30 mart 2012-ci il tarixdə Astara rayonunda 31 mart azərbaycanlıların soyqırımı günü qeyd edilmişdir

31 mart 2012 | 15:00

30 mart 2012-ci il tarixdə Astara rayon icra hakimiyyətində 31 mart azərbaycanlıların soyqırımı günü ilə əlaqədar ümumrayon tədbiri keçirilmişdir.
Astara rayon icra hakimiyyətinin başçısı cənab Taleh Qaraşov tədbiri giriş sözü ilə açaraq soyqırımla əlaqədar iştirakçılara geniş məlumat vermişdir. O, çıxışında erməni millətçilərinin təkcə ötən əsrin əvvəlində deyil, tarix boyu xalqımıza qarşı işğalçılıq siyasəti yürütdüyünü, xarici havadarlarının dəstəyi ilə tarixin ayrı-ayrı dönəmlərində azərbaycanlılara qarşı dəhşətli soyqırımlar törətdiklərini qeyd etdi. Biz soyqırımını anmaqla bu reallıqları dünya ictimaiyyətinə lazımi səviyyədə çatdırmaqda bütün imkanlarımızdan istifadə etməli, eyni zamanda erməninin kimliyini gələcək nəslə ötürməklə bu qanlı olayları onların milli şüurunda formalaşdırmalıyıq. Bu bizim vətəndaşlıq borcumuzdur.
Təkcə XX əsrdə xalqımızın başına gətirilən müsibətlər ölçüyəgəlməzdir. Yüz minlərlə soydaşlarımız tarixi yurd yerlərindən deportasiya edilmiş, qətlə yetirilmişlər. Bunlar təkcə 1918-ci il mart soyqırımı ilə məhdudlaşmır. Əsrin sonunda 1 milyona qədər insan doğma torpaqlarından didərgin salınmış, kəndlər, şəhərlər, nadir tarixi abidələr yandırılmış, dağıdılmış, vəhşicəsinə talan edilmiş, minlərlə insan qətlə yetirilmiş, girov götürülmüş, itkin düşmüşdür. Qanlı 20 yanvar hadisəsi, Qaradağlı və Xocalı faciələri kifayətdir ki, erməninin kimliyi bütün dünyaya bəlli olsun. Tarixin bu qanlı dərslərini heç vaxt unutmamalı, qan yaddaşında yaşadaraq olduğu kimi gələcək nəslə çatdırmalıyıq.
Tədbirdə Rayon Təhsil şöbəsinin məsləhətçisi Azərbaycanın “Əməkdar Müəllimi” Seyran Babayev, Kijəbə qəsəbə tam orta məktəbin müəllimi, Azərbaycanın “Əməkdar Müəllimi” Azər Kişiyev, Astara Pedaqoji Kollecin tarix müəllimi Sədaqət Səmədova və rayon mərkəzi kitabxananın direktoru Nazim Fərəməzov çıxış edərək 31 mart soyqırımı barədə fikirlərini söyləmişlər.
 

Keçidlər