Ulu öndər Heydər Əliyevin abidəsi rayon ictimaiyyəti tərəfindən ziyarət edildi
Ulu öndərin anadan olmasının 93-cü ildönümü ilə əlaqədar mayın 10-da ümummilli lider Heydər Əliyevin adını daşıyan parkda minlərlə astaralı toplaşmışdı. Astara rayon icra hakimiyyətinin başçısı Qəzənfər Ağayev, icra hakimiyyəti aparatının məsul işçiləri, hüquq mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların, Astara Pedaqoji Kollecinin, ümumtəhsil məktəblərinin kollektivləri, rayon ictimaiyyətinin nümayəndələri Heydər Əliyevin abidəsi önünə əklillər və tər gül dəstələri qoymuşlar.
Sonra tədbir iştirakçıları ulu öndərin anadan olmasının 93-cü, və Qələbənin 71-ci ildönümünə həsr olunmuş kitab bayramı münasibətilə təşkil olunan sərgi ilə tanış olmuş, Heydər Əliyev Mərkəzində ümummilli liderin şərəfli ömür yolunun, görkəmli siyasi və dövlət xadimi kimi möhtəşəm fəaliyyətinin müxtəlif mərhələlərini əks etdirən eksponatlara baxmış, film izləmişlər.