Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025-22) 5-13-94

İsrail dövlətinin Azərbaycandakı səfiri cənab Dan Stav Astarada

07 sentyabr 2016 | 16:00

İsrail dövlətinin Azərbaycandakı səfiri cənab Dan Stav cənub bölgəsinə səfəri çərçivəsində sentyabrın 7-də  Astara rayonunda olmuşdur.
Rayon İcra hakimiyyətində İsrailli diplomatla keçirilən görüşdə İcra başçısı Qəzənfər Ağayev səfirə Astaranın qədim tarixi, rayonun coğrafi mövqeyi, adət-ənənələri, mədəniyyəti haqqında məlumat vermişdir. Rayon  iqtisadiyyatının əsasını təşkil edən çayçılığın, sitrusçuluğun, çəltikçiliyin, tərəvəzçilik və heyvandarlığın inkişafı istiqamətində son illərdə həyata keçirilən tədbirlər, aqrar bölmənin dirçəldilməsi üçün atılan addımlar barədə səfiri məlumatlandıran icra başçısı, rayonun turizm potensialını diqqətə çatdırmış, xarici turizmin inkişafına diqqətin artırıldığını bildirmişdir.
Səmimi qəbula və qonaqpərvərliyə görə minnətdarlığını bildirən cənab Dan Stav İsrail-Azərbaycan dövlətləri arasında getdikcə inkişaf edən ikitərəfli əməkdaşlığın hər iki ölkəyə böyük faydalar verəcəyini söyləmişdir. Asiya-Avropa ölkələrini birləşdirən, Azərbaycanda reallaşan Şimal-Cənub nəqliyat dəhlizinin tərkib hissəsi olan dəmir yolunun istifadəyə verilməsi ilə ölkələr arasında iqtisadi və mədəni əlaqələrin daha da genişlənəcəyini qeyd edən tərəflər turizm və kənd təsərrüfatı sahəsində mütəxəssis mübadiləsinin faydalı olacağını vurğulamışlar.  
Sonra qarşılıqlı hədiyyələr təqdim edilmişdir.
Səfir Dan Stav Astara şəhərində Xəzər dənizi sahilində salınmış park-bulvar kompleksi və “Astaraçay” MMC-nin çay fabriki, “Çay muzeyi” və çay plantasiyası ilə də tanış olub.

Keçidlər