Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025-22) 5-13-94

Ulu Öndər Heydər Əliyevin anım günü ilə əlaqədar tədbir keçirilmişdir

08 dekabr 2016 | 16:00

Dekabrın 8-də Astara Heydər Əliyev Mərkəzində Ulu Öndərin anım günü ilə əlaqədar ümumrayon tədbiri keçirilmişdir. İştirakçılar əvvəlcə Heydər Əliyevin büstü önünə gül-çiçək dəstələri düzərək xatirəsini ehtiramla yad etmişlər. Tədbiri giriş sözü ilə açan rayon İcra Hakimiyyətinin  başçısı Qəzənfər Ağayev qeyd etmişdir ki, bu günlərdə xalqımız böyük azərbaycanlı dahi, görkəmli dövlət xadimi, ulu öndər Heydər Əliyevin anım günü ilə əlaqədar tədbirlər keçirir, bu böyük şəxsiyyətin əziz xatirəsini dərin hörmət və ehtiramla yad edir. 
On üç il əvvəl – 2003-cü il dekabrın 12-də müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, dünya şöhrətli siyasi xadim, xalqımızın ümummilli lideri Heydər Əliyev əbədiyyətə qovuşdu. Xalqımızın yaddaşına əbədi həkk olunmuş dahi şəxsiyyət, hələ sağlığında ikən canlı əfsanəyə çevrilmiş Heydər Əliyev sadəliyi, səmimiyyəti, vətənpərvərliyi və yüksək insani keyfiyyətləri ilə hər bir azərbaycanlının qəlbində unudulmaz izlər buraxıb. Bu dahi ihsanın adı Azərbaycan xalqının rəmzinə, əməlləri isə hünər timsalına çevrilib. Həyatı və fəaliyyəti doğma xalqına və torpağa məhəbbət, sədaqət meyarı olub.
Heydər Əliyevin sarsılmaz polad iradəsi və qətiyyəti, xalqın tərəqqisi yolunda yorulmaq bilmədən çalışması, fədakar əməyi sayəsində müasir Azərbaycanın bünövrəsi qoyulub. 
İllər ötdükcə biz Heydər Əliyev dühasının müstəqil Azərbaycanın tarixindəki əvəzsiz rolunu daha dərindən dərk edir, bu dahi şəxsiyyətin siyasi əzəməti, beynəlxalq nüfuzu barədə fikir yürütməyə mənəvi ehtiyac duyuruq. Çünki bu gün Azərbaycanın qüdrətli dövlətə çevrilməsi, dinamik sosial-iqtisadi inkişafı, dünya birliyində öz layiqli yerini daha da möhkəmləndirməsi məhz Heydər Əliyevin ideyalarının yaşamasının, siyasi kursunun uğurla davam etdirilməsinin nəticəsidir.
“Mən ömrümün qalan hissəsini də xalqıma bağışlayıram”, - deyən Heydər Əliyev həyatının mənasını yalnız xalqına xidmətdə görüb, ömrünü onun firavan gələcəyinə həsr edib. Əsası ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan dayanıqlı inkişaf siyasəti bu gün Prezident İlham Əliyev tədrəfindən uğurla davam etdirirlir. Bu gün Perezident  İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın qazandığı möhtəşəm uğurlar ulu öndər Heydər Əliyevin müəllifi olduğu dinamik inkişaf strateqiyasının bəhrəsidir.
Bəli, o, bütün ömrünü Azərbaycanın işıqlı gələcəyinə həsr etmişdir. İndi gündən-günə daha da güclənən, inkişaf edən müstəqil Azərbaycan dövlətinin qazandığı hər bir uğur Heydər Əliyevin ömrünün davamıdır. Heydər Əliyev adı Azərbaycanın simvolu kimi səslənən elə parlaq simadır ki, onun işıqlı ideyaları daima yaşayacaqdır.
Tədbirdə Ulu Öndərin mənalı ömür yolu və fəaliyyətinin müəyyən məqamlarını əks etdirən “Dahi şəxsiyyət - Heydər Əliyev” filmi nümayiş etdirilmişdir.
YAP rayon təşkilatının sədri  Firudin Əhmədov, Rayon İcra Hakimiyyətinin Hüquq şöbəsinin müdiri Bəsti Əliyeva, təqaüddə olan dövlət qulluqçusu Kamil Kamilov, Astara Rayon Məhkəməsinin sədri Zamin İbrahimov, Astara Pedaqoji Kollecin direktoru Yusif Şahnamazov  çıxış edərək xalqımızın ümummilli lideri Heydər Əliyevin tarixi xidmətləri barədə fikirlərini bildirmişlər.
Qeyd olunmuşdur ki, Heydər Əliyev möhtəşəm quruculuq siyasəti ilə Azərbaycanın ən yeni tarixini yazmış fenomen şəxsiyyətdir. Bu siyasəti inamla davam etdirən dövlət başçısı İlham Əliyev isə ulu öndərin yaratdığı şanlı tarixi yaşatmaqla birlikdə, həm də artıq yeni dövlətçilik məktəbinin banisinə çevrilmiş, fəaliyyəti ilə yeni bir tarixi epoxanın əsasını qoymuşdur.

Keçidlər