Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025-22) 5-13-94

Astara rayonunda ümummilli lider Heydər Əliyevin anım günü

12 dekabr 2016 | 16:00

Xalqımızın ümummilli lideri, ulu öndər Heydər Əliyevin anım günündə Astara rayonunda böyük izdiham müşahidə olunurdu.
12 dekabr səhər saat 9.00-dan başlayaraq axın-axın şəhərin mərkəzinə gələn insanlar Ulu öndər Heydər Əliyevin abidəsini ziyarət üçün tələsirdilər. Əvvəlcə rayon rəhbərliyi və inzibati orqanların rəhbərləri abidənin önünə tər güllər qoyaraq dahi şəxsiyyətin əziz xatirəsini ehtiramla yad etdilər.
Yaşından və təmsil etdiyi ictimai təbəqədən asılı olmayaraq minlərlə astaralı Ulu Öndərin şəhər mərkəzindəki əzəmətli abidəsini ziyarət etməklə, tər gül dəstələri qoyaraq bu əvəzsiz insana məhəbbət və sədaqətlərini nümayiş etdirdilər.
Səhər saatlarından başlanan tədbir uzun müddət davam etdi və böyük insan kütləsinin Ulu Öndərin möhtəşəm abidəsini və Heydər Əliyev Mərkəzini böyük ehtiramla ziyarət etməsi ilə yaddaqalan oldu.

Keçidlər