Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025-22) 5-13-94

Astara rayon İcra hakimiyyətinin başçısı Q.Ağayevin rayon ağsaqqalları ilə görüşü

17 aprel 2012 | 15:00

16 aprel 2012-ci il tarixdə Astara rayon İcra hakimiyyətinin başçısı Qəzənfər Ağayevin rayon ağsaqqalları ilə görüşü olmuşdur.
RİH başçısı Q.Ağayev rayon ağsaqqallarını salamlayaraq, dəvəti qəbul edib görüşə gəldiklərinə görə minnətdarlıq etmişdir. Ölkə rəhbərinin yüksək etimad göstərərək onu ölkəmizin səfalı guşələrindən biri olan Astara rayonuna başçı təyin etdiyinə görə Möhtərəm cənab Prezidentə dərin hörmət və ehtiramını bildirmişdir. Q.Ağayev rayonun gələcəkdə daha da inkişaf edib respublikamızın ən abad və səliqəli guşələrdən birinə çevrilməsi üçün əlindən gələni edəcəyini söyləmiş, bu işdə bütün rayon sakinlərinin birgə əmək sərf etməsinin vacibliyini vurğulamışdır.
Tədbirdə YAP rayon təşkilatı Ağsaqqallar Şurasının sədri Həsən İbrahimov, Təngərüd inzibati ərazi dairəsi nümayəndəliyi üzrə Ağsaqqallar Şurasının sədri Allahverən Həmidov, Ərçivan inzibati ərazi dairəsi nümayəndəliyi üzrə Ağsaqqallar Şurasının sədri Müzəffər Əzizov, Respublikanın Əməkdar müəllimi, Təngərüd kənd sakini Seyran Babayev çıxış edərək, ölkə Prezidenti Möhtərəm cənab İlham Əliyevin bu sərəncamını alqışlamış, bütün rayon sakinlərinin ölkə rəhbərinə minnətdarlığını bildirmişlər. Çıxış edənlər yeni təyinat münasibəti ilə rayon İcra hakimiyyətinin başçısı Qəzənfər Ağayevi təbrik etmiş, gələcək fəaliyyətində uğurlar arzu etmişlər.
Astara rayon İcra hakimiyyətinin başçısı Qəzənfər Ağayev tədbiri yekunlaşdıraraq bildirmişdir ki, müstəqil Azərbaycan dövləti xalqımızın ümummilli lideri, ulu öndər Heydər Əliyevin yaratdığı, bizim üçün son dərəcə qiymətli və əziz olan ən böyük şah əsəridir. Ulu öndərin işıqlı ideyalarını ardıcıl olaraq həyata keçirən ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan sürətlə və uğurla inkişaf edən ölkəyə çevrilmişdir. Bizim borcumuz ölkə rəhbərinin ətrafında sıx birləşərək doğma Vətənimizin daha da inkişaf edərək çiçəklənməsinə öz xidmətimizi göstərməkdən ibarətdir. Bu yolda hamınıza uğurlar arzu edirəm.
 

Keçidlər