Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025-22) 5-13-94

Astara məktəbliləri Şimal bölgəsinə yola düşdülər

16 mart 2017 | 16:00

Ölkəmizin tarixinin, mədəniyyətinin, adət-ənənələrinin, müstəqillik illərində əldə edilmiş nailiyyətlərinin dərindən öyrənilməsi məqsədilə respublikamızın müxtəlif şəhər və rayonlarında yaşayan gənclərin digər bölgələrə səyahətlərinin təşkilinə dair Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən “Ölkəmizi tanıyaq” layihəsi çərçivəsində tur-aksiyanın yeddinci mərhələsinə start verilib.

Bu aksiyalar ölkəmizin tarixini dərindən öyrənməklə yanaşı, gənclərimizə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin rəhbərliyi ilə milli dövlət quruculuğu sahəsində görülmüş işlərlə, Prezident İlham Əliyevin həyata keçirdiyi dinamik sosial-iqtisadi inkişafla hər bir şəhər və rayonun nümunəsində tanış olmaq imkanı yaradır.

Martın 16-da səhər tezdən tur-aksiyasının ”Astara-Quba-Qusar-Xaçmaz-Astara” marşrutunun iştirakçılarını yola salmaq üçün Astara Rayon İcra Hakimiyyətinin, təhsil şöbəsinin məsul işçiləri və valideynlər Heydər Əliyev Parkına toplaşmışdılar.

Yolasalma mərasimində çıxış edən Astara Rayon İcra Hakimiyyətinin məsul işçisi Mərasim Hacıyev ölkə başçısının təşəbbüsü ilə dövlət səviyyəsində keçirilən növbəti tur-aksiyanın uşaqların dünyagörüşünün formalaşmasındakı rolunu yüksək dəyərləndirərək ölkəmizin Şimal bölgəsinə səyahət edən məktəblilərə mənalı istirahət arzulayıb.

Qeyd olunmuşdur ki, məktəblilər dörd gün müddətində Qubada Heydər Əliyev və Gənclər Mərkəzləri, Quba Cümə məscidi, Qırmızı qəsəbə, Quba Soyqırımı Memorial Kompleksi, Quba xalçaçılıq sexi, Xınalıq yolundakı şəlalə və rayonun təbiəti ilə yaxından tanış olacaqlar.

Qusarda da məktəbliləri maraqlı səyahət gözləyir. Onlar Şahdağ Qış-Yay Turizm Kompleksinə ekskursiya edəcək, Həzrə kəndində “Şeyx Cüneyt” türbəsi, Heydər Əliyev Mərkəzi, Bayraq Meydanı, rayon tarix-diyarşünaslıq muzeyi, Olimpiya İdman Kompleksi, Rəsm Qalareyası ilə tanış olacaqlar.

Xaçmaz rayonunda tur-aksiyanın iştirakçıları Heydər Əliyev Mərkəzi, Xalça Muzeyi, Çənlibel Parkı, Dövlər Rəsm Qalareyası və “Şəxsiyyətlər Muzeyi”nə səyahət edəcəklər.

“Ölkəmizi tanıyaq” tur-aksiyanın iştirakçılarından Kijəbə qəsəbə tam orta məktəbinin XI sinif şagirdi Alina Feyziyeva, Astara şəhər 1 nömrəli tam orta məktəbin X sinif şagirdi Nurlan Rzazadə və digərləri sevinclərini bölüşərək məktəbli gənclərin elmi biliklərinin, dünyagörüşünün, intellektual səviyyəsinin artırılmasında böyük əhəmiyyət kəsb edən belə ekskursiya turlarının təşkilinə görə ölkə Prezidenti möhtərəm cənab İlham Əliyevə minnətdarlıqlarını bildirdilər.  

Keçidlər