Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025-22) 5-13-94

Yeniyetmələr arasında şahmat olimpiadası

14 iyul 2017 | 16:00

14 iyul 2017-ci il tarixdə Astara rayonunda 16 yaşadək yeniyetmələr arasında keçirilən Şahmat Olimpiadasına start verilmişdir. Astara Olimpiya İdman Kompleksində təşkil edilən idman yarışına respublikanın bütün rayonlarını əhatə edən 400 nəfərdən çox şahmatçı yeniyetmə  qatılmışdır.
Rayonun incəsənət nümayəndələrinin çıxışından sonra Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsiylə idman yarışının rəsmi açılışı olmuşdur.
Tədbirdə iştirak edən rayon İcra hakimiyyətinin başçısı Qəzənfər Ağayev çıxış edərək qonaqları salamlamış, idmançılara uğur diləmişdır. Qeyd etmişdir ki, Ulu Öndər Heydər Əliyevin banisi olduğu müstəqil Azərbaycan Respublikası ölkə Prezidenti möhtərəm cənab ilham Əliyevin rəhbərliyi ilə uğurla inkişaf edir. Bu inkişafda idmana diqqət və qayğı xüsusi yer tutur. Ölkəmizdə gənclərimizin sağlam yetişməsi üçün bütün imkanlar yaradılmışdır. Son illərdə Respublikamızda keçirilən beynəlxalq əhəmiyyətli tədbirlər arasında idman tədbirləri xüsusi yer tutur. 2015-ci ildə  Avropa Oyunlarının, 2016-cı ildə Dünya Şahmat Olimpiadasının, bu il IV İslam Həmrəylik Oyunları və dünyada nüfuzlu idman tədbiri olan, ölkəmizdə ikinci dəfə keçirilən “Formula-1” yarışlarının Azərbaycanda yüksək səviyyədə təşkil edilərək keçirilməsi dünya dövlətləri tərəfindən ölkəmizə verilən böyük dəyərin sübutudur.
Natiq bildirmişdir ki, şahmat idman növünün respublikamızda yüksək təşəkkül dövrü ulu öndər Heydər Əliyevin Azərbaycana birinci rəhbərlik illərinə təsadüf edir. Ümummili lider həmin illərdə şahmatın Azərbaycanda inkişafı üçün böyük işlər görmüş, şahmat məktəblərinin tikilməsini həyata keçirmiş, bu idman növü üzrə beynəlxalq turnirlərin respublikamızda təşkilinə nail olmuşdur. Cənab Prezident bu ənənəyə sadiq qalaraq digər idman növlərinə olduğu kimi yeniyetmə və gənclərin zəka oyunu olan şahmata marağı artırmaq üçün müxtəlif tədbirlər həyata keçirir.
Hazırda açılışına yığışdığımız məktəblilər arasında keçirilən Respublika Şahmat Olimpiadasının əsl idman mübarizəsi şəraitində yüksək səviyyədə keçirilməsi üçün bütün imkanlar yaradılmışdır.  Yarışların davam edəcəyi 10 günlük bir müddətdə Astara rayonu ilə tanış olmaq, yaxşı istirahət etmək imkanınız da olacaq.  Hesab edirəm ki, Respublika Şahmat Olimpiadasının rayonumuzda keçirilməsi məktəblilərin, gənclərin bu oyuna marağının artması üçün bir stimul olacaqdır. Mən sizi bu idman bayramında təbrik edir, yarış iştirakçılarına uğurlar arzulayıram.
Respublika Şahmat Federasiyasının vitse-prezidenti Faiq Həsənov çıxışında səmimi qarşılanmaya və yarışın yüksək səviyyədə təşkilinə görə rayon rəhbərliyinə minnətdarlığını bildirmişdir. Azərbaycanda son illər baş verən yeniliklərdən söhbət açan natiq dünya əhəmiyyətli ən böyük tədbirlərin Respublikamızda keçirilməsi üçün ölkəmizin imkanlarını diqqətə çatdırmışdır.
Yarışın baş hakimi, şahmat üzrə beynəlxalq dərəcəli hakim Azər İbrahimov yarışın gedişatı və reqlamenti barədə iştirakçıları məlumatlandırmışdır.
Rayon icra hakimiyyətinin başçısı Qəzənfər Ağayev rəmzi olaraq şahmat taxtası üzərində ilk gedişi etmişdir.

Keçidlər