Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025-22) 5-13-94

Azərbaycan Diplomatik Akademiyası tərəfindən rayonun II ixtisas qrupuna hazırlaşan X-XI sinif şagirdləri üçün bakalavr proqramı ilə əlaqədar təqdimat

21 aprel 2012 | 15:00

20 aprel 2012-ci il tarixdə Astara rayon mədəniyyət evində Azərbaycan Diplomatik Akademiyası tərəfindən rayonun II ixtisas qrupuna hazırlaşan X-XI sinif şagirdləri üçün bakalavr proqramı ilə əlaqədar təqdimat keçirilmişdir.
İştirakçılar əvvəlcə Heydər Əliyev Mərkəzini ziyarət etmişlər.
Tədbirdə Azərbaycan Diplomatik Akademiyasının Tələbə qəbul şöbəsində bakalavr proqramları üzrə qəbul şöbəsinin müdiri fəlsəfə elmləri doktoru Firuzə Əliyeva geniş məlumat vermiş, video film nümayiş olunmuşdur.
Dialoq şəklində təşkil olunmuş tədbirdə şagirdlər onları maraqlandıran suallarla müraciət etmiş, onlara məlumat kitabçaları paylanmışdır.
Tədbirin hazırlanıb keçirilməsi ilə əlaqədar Astara rayon İcra hakimiyyəti tərəfindən lazımi qayğı və diqqət göstərilmişdir.

Keçidlər