Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025-22) 5-13-94

Astarada çəltik yığımı müvəffəqiyyətlə davam edir.

31 avqust 2017 | 16:00

Bir neçə gündür ki, Astara rayonunun çəltik sahələrində biçin kompaniyasına başlanılıb. Bu il havaların əlverişli keçməsi, əkin sahələrinin vaxtında suvarılması, lazımi aqrotexniki qulluğun göstərilməsi çəltikçiliklə məşğul olan fermerlərin bol məhsul götürməsinə səbəb olmuşdur. 

Bu il rayonda hər hektardan orta hesabla 41,2 sentner məhsul götürülmüşdür.  Ötən ilkinə nisbətən əkin sahələri artdığından  ümumi məhsulun həcmi də 3 dəfədən çox artmışdır.

Məhsuldarlıq  ayrı-ayrı əkinçilərin sahələrində yaxşı aqrotexniki qulluq olunduğu üçün  60-70 sentnerə qalxmışdır. Fermer Tələt Məmmədov bildirib ki, bu il Şiyəkəranda 33 hektar ərazidə ən çox “Haşimi” və italyan “Apollo” növü olan çəltik əkilib. Hal-hazıra 7 hektar ərazidə biçin aparılıb. Bu il “Haşimi” sortu 40 sentinerdən, italyan “Apollo” növü 60-70 sentnerdən aşağı olmayan məhsuldarlıqla müşahidə olunub. Müştəri sarıdan korluq çəkmədiklərini deyən Tələt Məmmədov yerli düyünün bazardakı qiymətinin 4-4,5 manat olmaqla  məhsul istehsalçılarını qane etdiyini diqqətə çatdırıb. O bildirib ki, 25 avqustdan Şiyəkəran ərazisində başlayan biçinə yeni kombaynlar cəlb olunub. İtalyadan gətirilən yeni “Laverda” kombaynlarının özəllikləri ondan ibarətdir ki,  yalnız çəltik biçini üçün nəzərdə tutulmuş, heç bir itki olmadan məhsul yığımını həyata keçirir.

Ötən il Astarada 133 hektar sahədə çəltik əkilmişdirsə, bu il 450 hektar sahədə əkin keçirilib. Hazırda 380 hektar sahədə çəltik biçini aparılmış, hər hektardan məhsuldarlıq orta hesabla 40,2 sentner olmaqla 1572 ton məhsul istehsal edilib. Məhsul yığımı davam etdirilir.  

 

 

Keçidlər